Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuxu qorxusu" xəstəliyi nədir?
"Yuxu qorxusu" xəstəliyi nədir?

Hər birimiz vaxtaşırı yuxu ilə bağlı bəzi problemlər yaşayırıq. Yuxu pozuntularına belə problemlərin çox daha inkişaf etmiş və uzunmüddətli versiyaları daxildir. Adı digər yuxu pozuntuları ilə müqayisədə çox eşidilməsə də, həyata onlar qədər təsir edən yuxu qorxusu olaraq təyin olunan somnifobiya adlı bir problem var. Sağlamlığımıza çox ciddi təsir edən yuxu ilə əlaqəli bir çox pozuntu var.

Klinofobiya və hipnofobiya olaraq da adlandırılan somnifobiya insanda yuxuya getmək qorxusuna səbəb olur və nəticədə insan çox yorğun olsa belə yata bilmir. Somnifobiyadan əziyyət çəkən insanların “yata bilmiəsəm,enerjimi toplaya bilməsəm... Səhər yuxum gələrsə, çox yorulsam və s..” kimi düşüncələri yoxdur. Qorxu, yata bilməməkdir. Yuxunun həyati funksiyaları üçün zəruri olduğunu bildiklərindən, yatmaq məcburiyyətində olduqlarının fərqindədirlər. Buna görə də hər gecə qorxuları ilə qarşılaşmalı olurlar. Vəziyyəti daha yaxşı başa düşmək üçün təsəvvür edin ki, su içməkdən qorxursunuz, qorxsanız belə, həyat fəaliyyətinizə davam etmək üçün o fobiyaya baxmayaraq hər gün su içməyə davam etməlisiniz.

Somnifobiyası olan insanların ümumi xüsusiyyətlərinə tez-tez kabuslar görmək, travma yaşamaq və ölüm qorxusu daxildir. Yuxu qorxusu ilə əlaqəli ən əhəmiyyətli səbəblərdən biri nəzarəti itirmək qorxusudur. Bu fobiyası olan insanlar yatarkən özlərindən asılı olmayan hərəkətlərdən qorxurlar. Bunlara yuxuda gəzmək və özünü və ya ətrafını incitmək, alçaldıcı şeylər söyləmək, yanğın, zəlzələ və ya oğurluq kimi hallardan qoruna bilməmək, yuxuda ölmək, travmatik bir xatirə və ya təkrarlanan kabus görmək qorxusu daxildir. Yuxu qorxusunun olduğunu göstərə biləcək bəzi əlamətlərə diqqət yetirmək lazımdır. Bunların arasında gecə yatarkən narahatlığın artması, yatmağa getməmək üçün müxtəlif bəhanələr irəli sürmək, yuxunu asanlaşdırmaq üçün narkotik, spirt və ya maddə istifadə etmək və s. var. Bundan əlavə, bu insanlarda yuxu ilə əlaqəli mühit və şərtlər zamanla narahatlıq yaradan amillərə çevrilməyə başlayır. Bu səbəblə insan gecə yatmaq, qaranlıq və sakit mühitdə olmaq kimi vəziyyətlərdən qaçır, səs-küylü və işıqlı mühitlərdə, kreslo və ya balkon kimi yerlərdə hətta paltarını çıxarmadan yuxuya getməyə başlayır.

Somnifobiya, bir mütəxəssisin müalicə etməli olduğu ciddi bir vəziyyətdir. Dərman müalicəsi ilə faydalı olsa da, yuxu ilə əlaqəli əsas qorxunu müəyyən etmək və onu aradan qaldırmaq vacibdir. Narahatlığı artırsa belə, yatmazdan əvvəl yuxuya uyğun mühitdə olmağa diqqət edilməli, yuxudan əvvəl yuxunu pozacaq fəaliyyətlərdən mümkün olduğu qədər qaçınılmalı, narahatlığı aradan qaldıracaq bir hərəkətin olub-olmaması təhlil edilməlidir.

Psixiatrdan dəstək almaq son dərəcə vacibdir,çünki bir insanın tək başına bunları etməsi çox çətindir. Somnifobiyanı digər fobiyalardan fərqləndirən cəhət başqa bir müalicə növü olan ekspozisiya terapiyasının uğurlu nəticə verməməsidir. Əgər sizdə somnifobiya olduğunu göstərən əlamətlər varsa, öz-özünə diaqnoz qoymaq və müalicə etmək əvəzinə mütləq psixiatrla məsləhətləşin.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »