Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yalan və dezinformasiyanın qarşısının alınması üçün böyük bir mübarizə aparılır" - Video
"Yalan və dezinformasiyanın qarşısının alınması üçün böyük bir mübarizə aparılır" - Video

Zaman keçir, texnologiya inkişaf edir. Əvvəllər kasetlərə çəkilən video reportajları, bu gün telefon vasitəsilə belə həyata keçirmək mümkündür. Bu da öz növbəsində məlumat kirliliyinə səbəb olur. Düşünün ki, əgər əvvəllər bir reportajın ərsəyə gəlməsi 4-5 saata başa gəlirdisə, indi 20 dəqiqəyə telefonla video çəkib, elə telefondaca montaj edib, saytlara yerləşdirirlər. Bunun fəsadlarını isə, bir bütün olaraq cəmiyyət görür. Elə bilirsiniz, bu problemlər təkcə Azərbaycan mediasında var? Xeyr! Qardaş Türkiyənin də mediası sözün əsl mənasında bizim "gün"ümüzdədir...

TİMEF rəhbəri Şakir Gürel Bizimyol.info xəbər portalına Türkiyə mediasının texniki irəliləyişindən danışıb.

TİMEF başqanı Şakir Gürel Şakir Gürel

“Texniki olaraq, inanılmaz bir rahatlıq yaşayırıq. Biz bu işimizdə yaşadıqlarımızı 2000-ci ildən sonra doğulanlara başa salmaqda həqiqətən çətinlik çəkirik. Biz həmin dövrü nostalji olaraq yaşayırıq. Yeni nəslə anlatmaq həqiqətən çətindir. O dövrləri yaşayan həmkarlarımız bu gün bu texnologiyanın qiymətini bilir. Hər şeyi yaşamış, görmüş biri olaraq jurnalistliyi hiss edərək, mənimsəyərək yaşayırıq”,- deyə Şakir Gürel qeyd edib.

Şakir Gürel hesab edir ki, texnologiyanın gətirdiyi üstünlüklər qədər çatışmazlıqları da var. Xəbərin çox sürətli olması, idarəetməni də aradan qaldırır. Böyük bir informasiya kirliliyi yaradır. Məlumat kirliliyinin qarşısını almaq üçün mexanizmlərin qurulması çox çətindir. Son 10 ildə Türkiyədə bu məlumat kirliliyinin önünə keçilməsi üçün, yalan və dezinformasiyanın qarşısının alınması üçün böyük bir mübarizə aparılır. Keçən il “Dezinformasiya” qanunu çıxarıldı. Bu, internet qanunu da adlandırılır.

Şakir Gürel hesab edir ki, indiki vəziyyətdə bu da yetərli deyil. Onun fikrincə, əslində dünyada media ilə bağlı yaşanılan məlumat kirliliyi Türkiyədə də yaşanır. Türkiyədə qaydalara əməl etməmək, Avropa ilə müqayisədə daha çoxdur.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »