Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Seçkinin ikinci tura qalacağını heç kim gözləmirdi" - Video
"Seçkinin ikinci tura qalacağını heç kim gözləmirdi" - Video

Mayın 14-ü Türkiyə 13-cü prezidentini seçmək üçün sandıq başına getdi. YSK sədri Əhməd Yener ötən gün Türkiyə vaxtı ilə saat 15.30-da verdiyi açıqlamada seçkinin rəsmi olaraq ikinci turda olduğunu açıqlayıb. Müvəqqəti nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mayın 28-də keçiriləcək ikinci turda yenidən yarışacaq.

İkinci turda etibarlı səslərin çoxunu toplayan prezident seçiləcək. Mayın 20-də gömrük qapılarında və xaricdə səsvermə başlayacaq. Mayın 24-də xaricdə səsvermə başa çatacaq. Radio və televiziyada təbliğat çıxışları başlayacaq. İkinci turun təbliğat dövrü mayın 27-də saat 18:00-da başa çatacaq. Mayın 28-də isə, səsvermə həyata keçiriləcək. Mayın 29-da prezident seçkilərinin müvəqqəti nəticələri açıqlanacaq. Seçki qutusu komissiyalarının qərar və protokollarına qarşı dairə seçki komissiyalarına veriləcək etiraz müddəti saat 17.00-da başa çatacaq və etirazlar ən geci saat 23.59-a qədər dairə seçki komissiyaları tərəfindən həll ediləcək. Mayın 30-da isə, ən geci 23.59-a qədər qərar veriləcək. Mayın 31-də YSK-nın il seçki heyətinin qərarlarına və il birləşmə protokollarına etiraz müddəti sona çatacaq. İyunun 1-də isə, yekun seçki nəticələri YSK tərəfindən Rəsmi Qəzet, radio və televiziyada elan edilmək üzrə əlaqədar orqanlara göndəriləcək.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, seçkilərin birinci turda bitməsi gözlənilirdi.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

“Belə olacağını heçkim gözləmirdi. Ancaq seçki sisteminin daxilində olan qaydalara uyğun olaraq, seçkini qazana bilmək üçün bir namizəd 50 faiz + 1 səs almalıdır. Bunu həyata keçirmək üçün təbliğat kampaniyaları aparılmalıdır. Gördünüz ki, cənab Rəcəb Tayyib Ərdoğan 50 faiz + 1 səs ala bilmədi. 49,4 faiz də qaldığı üçün seçki ikinci tura qaldı. Bu, seçki sisteminin qaydalarına uyğun olaraq belə oldu. Amma keçən seçkidə Rəcəb Tayyib Ərdoğanın partiyası 42 faiz səs almışdı, bu il isə 35 faiz oldu. 7 faiz səs itirilmiş oldu. Eyni zamanda “Cümhur” İttifaqını təşkil edən MHP öz səslərini bir az itirmiş oldu. 10,1 faiz idi, 10,01 faizə düşdü. Burada da səs itirilib. Amma seçki sistemindən qaynaqlanan MHP 38 faizə yaxın deputat sayını 50 faizə çıxarmış oldu”-deyə Oqtay qeyd edib. Onun sözlərinə görə, bununla yanaşı mətbuatın iddialarına görə, Hizbullahın siyasi qanadı olan “Hüda” Partiyasının “Cümhur” İttifaqının daxilində yer alması millətçi seçicilərdə başqa seçim axtarışına səbəb oldu. Onların bir qismi Sinan Oğana səs verdiyi üçün, prezidentliyə namizəd 49,4 faizdə qaldı.

Oqtayın fikrincə, “Millət” İttifaqı da çox fərqli kəsimləri öz çətiri altında toplayıb. Belə ki, 5 sağ partiya, 4-ü CHP-də millət vəkili siyahısında yazılıb və 38-ə yaxın millət vəkili irəli sürülüb. Beləliklə, prezidentliyə namizəd Kamal Kılıçdaroğlu gözlədiyi şəkildə qalib gələ biləcəyi səsi ala bilməyib.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »