Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxulu yuxu
Qorxulu yuxu

Bu neçə ayda bizimkilər Türk seçkisi ilə bağlı elə bir hava yaratmışdı ki... Elə bilirdim, bazar günü səhər oyanan kimi məhləmizdəki məktəbə - səs verməyə qaçacam.

Qapıda parıltılı qalstuk taxmış lovğa seçki məmurlarını və nimdaş geyimli, boynubükük müxalif müşahidəçiləri görəcəm. Bir də itələyici ironik təbəssümünü şəxsiyyət vəsiqəsi kimi daim üstündə gəzdirən çoxbilmiş "bitərəf"lərin məqsədsiz vurnuxmalarını seyr edəcəm.

Hə, elə bildim, görəcəm ki, "Leninqrad proyektli" səkkizblok binanın alatoran küncündə məhəlləmizin "üçulduz" müvəkkili ilə hər ayın sonunda ticarət qarışdıran ahıl alverçi də burdakı səs növbəsinə ikinci dəfə soxuldu. Bu dəfə ticarət deyil də, siyasət qarışdırmağa...

Onu da deyim, hələ ötən seçkilərdən birində görmüşdüm: yeraltı keçiddə iç geyimləri satan bir bığıburma bozqarın yerli "demokratiya"nın boyuna "qəmiş" tutmuşdu. Buruqlu qəsəbədəki sexlərə bülleten ölçüsündə yeni seçki əlbisəsi sifariş edəcək, üstünə etiket yapışdırıb türk malı adı ilə "əridəcəkdi".

Neynəsin indi bu yetim?!

Səsvermə bitən kimi məntəqəyə qaranlıq çökəndə səs qutusunda topa-topa dolub daşan "ümumxalq sevgisi" bu şələbığ ök...süzün satdığı güngörməz aksessuardan çıxır.

Qınamayın. Adam öz "vətəndaş" mövqeyini belə ifadə etmişdi. Üstəlik arvadağaya qorabişirən ay üçün Ağdəniz sözü vermişdi axı bu qaragünlü.

...Qorxulu yuxudan oyandım, gördüm ki, yox, bizlik deyilmiş. Hələ bir tur da fırlanacaq qardaş seçkisi.

Şükür sənə, İlahi!

Qara Şəhərli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »