"Türkiyənin hazırkı rəhbəri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 49,4%, müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu isə 44,96% səs toplayır.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Ener Türkiyə televiziyasında canlı yayımlayıb.
“Bazar ertəsi saat Türkiyə vaxtı ilə 09:45-ə olan məlumata görə, Rəcəb Tayyib Ərdoğan 49,4%, Kamal Kılıçdaroğlu - 44,96%, Sinan Oğan - 5,2% səs alır. Seçki bülletenlərinin sayılması davam edir. Artıq qutuların 99,4%-i açılıb. Ölkə daxilində 27 seçki qutusu açılmamış qalıb. Xaricdən alınanların 1529 qutusu hələ qayılmamış qalır”, - deyə o bildirib.
Bizimyol.info