Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün insanlardan fərqlənən 9 kiborq adam

Bütün qapıların üzünüzə açarsız açılmasını, dərinizin altında nanotexnologiyaların olmasını, gözünüzün yerində ən güclü meqapiksellərə malik kameraların olmasını, uzaqdakı sevgilinizin nələr hiss etdiyini bilmək istəyərsiniz? Bunu istəyənlər və tətbiq edənlər var.

Bizimyol.info AdMe.ru saytına istinadən belə maraqlı insanlar haqqında məlumatı təqdim edir.

Neyl Harbisson

Neyl Harbisson axromatopsiya,  rəng korluğu xəstəliyi ilə doğulmuşdu. Bu xəsəlik 32 mində bir insanda görünür. Neyl dünyanı köhnə  televizorlar kimi ağ qara  görür. İndi neylin dünyası rənglənib. Onun başına yeridilmiş xüsusi qurğu müxtəlif rəngləri oxuyaraq onları müəyyən səslər şəklində təqdim etməyi bacarır.  Rəngli görməyi bacarmasa da Eyerborq adlı  qurğu Neylə rəngləri bir birindən fərqlındirməyə kömək edir.

Muun Ribas

Muun Ribasın   bədəninə yeritdiyi qurğu isə milyonların həyatını xilas edə bilər. Muun xoreoqraf  və rəqqasdır Qız boynunda həssas titrəşimləri hiss edən  cihaz yerləşdirib. Rəqqas beləliklə arxadan ona yanaşan hər kəsi "görə" bilir. Bu cihazın köməyi ilə planetimizdə yaşayan hər bir kəs  zəlzələni ən az bir neçə dəqiqə öncədən hiss edə və ən azından özünü qoruya bilər. Muun indi bütün insanlara belə mikroçiplərin, həmçinin implant və protezlərin  taxılmasını təbliğ edən  Cyborg Foundation ilə əməkdaşlıq edir.

Tim Kennon

Tim Kennonu isə tanıyanlar bioxaker adlandırılar. O öz dərisinin altına bütün  qapıları aça bilən yorulduqda qan təzyiqini normaya salan, evdəki vanna otağında buna uyğun su isitməyi bacaran çip yerləşdirib.

Cerri Calav

helsinkidə yaşayan Cerri Calava isə baş barmağının bir hissəsini avtoqəzada itirddikdən sonra kiborqinsana çevrildi. O sızlamaq  əvəzinə həyatını texnoloji yeniliklərlə bəzəməyə qərar verdi.  Cerri protez barmağıan  fləşkart yerləşdirib və indi barmağından bu məqsədlə istifadə edir. Dediyinə görə çox rahatdır. Ən azından fləşkartını itirmir və hər zaman yanındadır.

Rob Spens

Kanadalı Rob Spens 9 yaşında aldığı zərbə nəticəsinəd gözünü itirdi. Böyüyüb kinoreissor olduqdan sonra rob gözünə unikal videookamera yerləşdirməyə qərar verdi. İndi o dünyaya həqiqətən kameranın gözü ilə baxır. Gööz protezinin içərisinə yerləşdirilmiş mikrokamera adi gözdən heç nə ilə geri qalmır.  "Ayborq" sayəsində rejissor Ford, Absolut Vodka  Volvo kimi şirkətlərlə əməkdaşlıq edir.

Amal Qraafstra

Biohaker Amal Qraafstra isə hər iki əlinə mikroçiplər yerləşdirib. Bu çiplər də qapıları rahat açır, bütün kompüterlərə parolsuz  girişi təmin edir.. o həmçinin bu çiplər vasitəsi ilə odlu silaha atəş komandası verə bilir.

Naycel Ekland

Britaniyalı Naycel ekland qolunu bədbəzt hadisə nəticəsində itirdi. O hazırda mövcud olan ən yaxşı protezi- bionik əli öz üzərində test etməyə qərar verdi və indiu buna peşman deyil.Naycel hər bir barmağaını ayrılıqda tərpədə bilir. Üstəlik süni əlin barmaqları qaranlıqda işıq sala və 360 dərəcə  fırlana bilir.

Riç Li

Amerikalı  Riç Li qulaq məməsinə  kiçik maqnitlər yerləşdirib. bu bir növ yalnız ona məxsus olan qulaqcıq rolunu oynayır. Riç qulağındakı maqnitlər vasitəsi ilə müsiqiyə qulaq asdığını desə dəı belə  icadla çox sirləri dinləmək olar. Riç yavaş ayavaş görmə qabiliyyətini itirdiyinə görə bu qurğu vasitəsi ilə  exolakasiyanı öyrənmək niyyətindədir. Yəni ki dünyanı qulaqları ilə görmək!

Kevin Uorvik

Son xəbərlər
Bütün xəbərlər »