Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət başçısı uşaq parkındakı sürüşkəndə ilişib - Video
Dövlət başçısı uşaq parkındakı sürüşkəndə ilişib - Video

Çili prezidenti Qabriel Boric səs vermək üçün getdiyi Maqallanes bölgəsindəki Puntos Arenas şəhərindəki uşaq meydançasına baş çəkib.

Bizimyol.info xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulmuş sürüşgəndən sürüşməyə çalışan prezident orada ilişib qalıb.

Borik oradan qurtulmaq üçün dəqiqələrlə mübarizə aparsa da, nəhayət, öz səyi nəticəsində ilişdiyi yerdən qurtula bildi. Boriki uşaq meydançasında müşayiət edən həyat yoldaşı İrina Karamanos sürüşmədən xilas olmağı bacaran prezidenti öpərək təbrik edib.

Çili prezidenti Qabriel Boriçin ilişib qaldığı anlar ətrafdakılar tərəfindən anbaan görüntülənib. Görüntüləri lentə alanların hadisələri gülüşlə şərh etməsi diqqət çəkib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »