Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
O yeni simasına qovuşmaq üçün 56 saat əməliyyat masasında qaldı, nəticə hər kəsi heyrətləndirdi
İntihar edib son anda  möcüzə ilə yenidən həyata qayıdan insanların böyük əksəriyyəti ölümdən döndükdən sonra  dərd etdikləri problemin əslində nə qədər kiçik olduğunun fərqinə varır, həyata dörd əllə sarılırlar.  Bizimyol.info  xəbər  verir ki, dəhşətli faciə  yaşamış Endi Senders də belə insanlardan biridir.

21 yaşı olanda  Endi yaraşıqlı bir gənc idi. Lakin depressiya xəstəliyindən əziyyət çəkirdi. Özü ilə mübarizə aparmaqdan yorulan gənc günlərin birində  tüfəngi üzünə dirəyərək  intihar etməyə qərar verdi. Lakin çox gec  - artıq tətiyi çəkdikdən sonra yaşamaq istədiyini anladı. Atəş gizgahına yox, üzünə açıldı.

Həkimlər Endini o biri dünyadan qaytardılar. Lakin onun əvvəlki yaraqşıqlı simasından əsər qalmamışdı. Sifəti bütünlüklə parçalanmış gənc eybəcər halda idi. Alt çənəss ümumiyyətlə parçalanmışdı. Həkimlər möcüzə yaratmağı bacardılar. Oğlanın bud sümüyündən istifadə edərək ona süni çənə əkildi.

Qorxunc görkəminə görə o, 2012-ci ilə qədər o evdən çıxmağa  utanırdı. Lakin günün birində həkimlərin verdiyi xoş xəbər ona yenidən ümidlər verdi. Oğlana üz köçürtmə əməliyyatı edəcəkdilər.  Uyğun donor tapmaq asan olmadı. 21 yaşında intiharla ömrünə son vermiş Kalen Ross adlı  gəncin  üzü  Endiyə köçürüldü. Əməliyyat 56 saat davam etdi.

Əməliyyatdan sonra ona 3 həftə ərzində güzgüyə baxmaq qadağan edildi. Müasir tibb möcüzələr törətməyi bacardı. Endi yeni simasını sevdi. İndi növbəti əməliyyatlarla onun üzü daha mükəmməll hala gətiriləcək. Endi isə insanlara yalnız bir mesa vermək istəyir. "Həyatı sevin. Özünüzü sevin. Biz əslində düşündüklərimizdən daha çox sərvətə malikik".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »