Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi əsas məsələlərdə İrəvan və Bakının mövqeləri hələ də fərqlidir" - Ermənistan XİN
"Bəzi əsas məsələlərdə İrəvan və Bakının mövqeləri hələ də fərqlidir" - Ermənistan XİN

Bəzi məsələlərdə nazirlər anlaşmaya yaxın olsalar da, əsas məqamlarda fikir ayrılığı qalmaqdadır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in Vaşinqtonda nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramovun danışıqlarının yekunlarına dair bəyanatında deyilir.

Bildirilir ki, bəzi əsas məsələlərdə Ermənistan və Azərbaycanın mövqeləri hələ də fərqlidir.

Xarici İşlər Nazirliyi qeyd edib ki, nazirlər mövcud vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin tənzimlənməsi ilə bağlı mövcud məsələlərlə bağlı mövqelərini təqdim ediblər.

“Nazirlər və onların komandaları “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı anlaşmada irəliləyiş əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin hələ də fərqli olduğunu qeyd ediblər”, - deyə Ermənistan XİN-dən bildiriblər.

Onu da əlavə edək ki, Mirzoyan və Bayramov danışıqların aparılmasına görə Amerika tərəfinə minnətdarlıqlarını bildiriblər, həmçinin müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken yekun brifinqdə tərəflərin danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiyini və yekun razılaşmaya yaxın olduqlarını bildirib.

Məlumat üçün bildirək ki, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında Vaşinqtonda danışıqlar bir neçə gün davam edib. Mayın 1-də nazirlər Blinkenlə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli danışıqlar aparıblar. Mayın 3-də xarici işlər nazirləri ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə növbəti müzakirələr raundunu keçiriblər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »