Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda bilet satışında "gizli xərc": "Başqa qurumlar da yaradılmalıdır"
Azərbaycanda bilet satışında "gizli xərc": "Başqa qurumlar da yaradılmalıdır"

“Imagine Dragons”un Bakıda təşkil olunacaq konsertinə görə “iTicket” saytı biletlərin alışı zamanı 10 faiz komissiya haqqı çıxmağa başlayıb. Bu vəziyyət təbii ki, vətəndaşları narahat edir. Saytdan bildirilib ki, bu komissya kassir və ya sayt tərəfindən göstərilən xidmətə görə nəzərdə tutulub. Bu, vətəndaşların narazılığına səbəb olsa da, biletlərin satışı baş tutub.

Vətəndaşları narahat edən əsas məsələ bu komissiya ilə bağlı şirkətin mobil tətbiqində bu barədə məlumatın və ya bildirişin olmamasıdır. Bu məsələni istehlakçı hüquqlarının pozulmaıs kimi dəyərləndirənlər də az deyil. iTicket-dən bildirilib ki, dünya təcrübəsinə əsasən, biletlərin ümumi dəyərindən əlavə, bu xidməti göstərən bilet şirkətlərinin xidmətlərinə görə də təşkilatçı tərəfindən müəyyən edilmiş rüsum alınır. Buna səbəb, layihənin sənətçilərinin satışın ümumi məbləğində xidmətlərə dair komissiyaların göstərilməsinə razı olmamasıdır.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ödənilən pul üçün rəsmi kassa qəbzi verilirsə, ödəniş rəsmi şəkildədirsə, burada heç bir problem yoxdur. Buna icazə var.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Bu, biznes qurumudur. Vergi ödəyir. İstənilən malı istənilən qiymətə sata bilər. Alıb da sata bilər. Burada heç bir qanun pozuntusu yoxdur. Əlbəttə, biz tərəfdarıyıq ki, istehlakçılar ucuz və keyfiyyətli məhsul və ya xidmət alsınlar. Lakin biznes qurumlarının komissiya tutmaq hüququ var. Qurumlar bu tutduqları vəsaitdən vergi ödəyirlərsə bəli, bu, mümkündür”,- deyən QHT sədri vurğulayıb ki, bu səbəbdən başqa alternativlər yaradılmalıdır.

Hökümət bu sahədə iş aparmalı, başqa qurumlar da yaradılmalıdır ki, qiymət aşağı düşsün. Komissiya tutmayanlar da olmalıdır ki, rəqabət olsun, insanlar seçim edə bilsinlər.

İlahin. Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »