Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda faciəvi şəkildə ölən 2 yaşlı uşağın atasının şok görüntüləri - FOTOLAR
27292294_1694740137254170_1932213159_n
“Respublika Yanıq Mərkəzinə yerləşdirilən Əliyev Lətif Baxış oğlunun bədəninin 85 faizinin yandığı deyilir. Onun vəziyyəti ağır qiymətləndirilir”.

Bu barədə bizimyol.info-ya L.Əliyevin iş yoldaşı Baxışov Vüqar Kərim oğlu bildirib.

O bildirib ki, yanvarın 22-də Biləcəri dəmir yolu stansiyasının ərazisində yaşayan Lətif Əliyevin taxta konstruksiyalı evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra L.Əliyevin qızı, 2 yaşlı Ayanın yanmış meyiti tapılıb. L.Əliyevə isə xəstəxanada tibbi yardım göstərilir.

“Zəngilan rayonundan məcburi köçkün olan Lətif Əliyevlə mən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində fəhlə köməkçisi işləyirik. Lətifi ziyarət etmişəm. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Onun köməyə ehtiyacı var. O yaşamaq üçün mübarizə aparır”,-deyə V.Baxışov bildirib.

Ramid İbrahimov

[gallery columns="1" size="full" ids="45278,45279,45280">

Paylaş »
››› Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama
››› Rus məmurun ölkəmizdə qəbul etdiyi "şokolad vannası"nın qiyməti açıqlandı
››› "Kamaz" yolun kənarında dayanmış "Mercedes"i əzib keçdi - Video
››› “Azərenerji” rəhbəri Baba Rzayevin kabinetinə cadu edildi - Video
››› Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
Son xəbərlər
Bütün xəbərlər »