Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Onu ələ salırdılar – “Yaralı sifət“ Məhəmməd necə milyonçu oldu? – FOTOLAR
225735
Hər kəs onunla lağ edərdi. İndi isə hamı onu qəhrəman kimi görür.

Bizimyol.info minval.info-ya istinadən xəbər verir ki, Frank Henri Pier Riberi 7 aprel 1983-cü ildə Fransanın Bulon-Sür-Mer şəhərində anadan olub. Kasıb ailədə böyüyən Frankın həyatını ən yaxşı halda “əzab” kəlməsiylə ifadə edə bilərik. Hələ Frank iki yaşında olarkən ailəsi ilə birlikdə yol qəzası keçirib. Bu qəza onun sifətində qalıcı iz buraxıb. Həkimlər qəzadan sonra onun sifətinə 100 dən artıq tikiş qoyub.

O, bunu “qəzanın mənim həyatımda böyük rolu olub. Uşaqlıqda məni həmişə motivasiya edib. Tanrı mənə bu yaranı bəxş etdi. Yara izim mənim bir parçamdır”, – deyə ifadə edib.

Bu yara ilə Frank həmçinin yeni bir ləqəb qazanmış oldu. İnsanlar onu artıq “yaralı sifət“ adlandırırdı. Ətrafı tərəfindən lağa qoyulan Frank, bu ləqəbin xəyallarını gerçəkləşdirməsinə mane olmasına imkan verməyib. O, hər gün çox çalışaraq artıq öz ətrafından yarası ilə yox, bacarığı, istedadı ilə seçilməyə başlayır.

O, uşaq olarkən atasının yanında fəhlə kimi işləyərək pul qazanırmış. Müsahibələrində Frank bunu “böyük təcrübə” kimi dəyərləndirib. F.Riberi futbolçu kimi ilk peşəkar müqaviləsini “Bolonye” komandası ilə imzalayıb.

Bu komandada 2 ilini keçirən Frank, bundan sonra 4 ilə yaxın bir neçə müxtəlif komandalarda çıxış edib. 2004-2005 mövsümündə “Metz”də ulduzu parlayan Riberi böyük komandaların diqqətini çəkir. Riberini 2005-ci ilin yanvar ayında İstanbul nəhəngi “Qalatasaray” transfer edir.

O zaman klub rəhbəri Fetih Gökşən transferi “Daha transfer bitməmişdi. Hava limanında qızarmış toyuğu parçalaması, geydiyi çirkli paltarlar hələ də yadımdadır. Ona “Sitroen C4” hədiyyə etmişdim. Sevincindən “jetaim-jetaim” deyə bağırıb məni qucaqlayırdı. İndilərdə porşeni bəyənmir” sözləri ilə xatırlayır. ”Qalatasaray” artıq onun karyerasında yeni mərhələ idi.

O dövrdə “Qalatasaray” a Georgi Haci başçılıq edirdi. Komanda əzəli rəqibi “Fenerbaxça” ilə çempionluq uğrunda mübarizə aparırdı. O, elə çıxdığı ilk oyundaca azakeşləri özünə heyran buraxmağı bacarır.

Onun haqqında Hakan Şükür “Riberinin nə qədər istedadlı olduğunu elə çıxdığı ilk məşqində anlamışdım” deyə qeyd edir. Frank burada yeni ləqəb belə qazanmışdı. Azakeşlər onu sürətinə görə “FerraRiberi” adlandırırdı. Frank həmin il tək qolunu “Fenerbaxça” ilə kubok finalı oyununda qol atır və komanda Türkiyə kubokuna sahib olur. Bu onun qazandığı ilk mükafat idi.

Bütün bunlara baxmayaraq Frank istədiyinə nail ola bilmirdi. Baş məşqçi Haci ilə arası dəyən Frank heyətə düşməkdə çətinlik çəkirdi. Mövsüm sonu Frank klubu qalmaqallı şəkildə tərk edir. “Qalatasaray”dan ayrılarkən klub rəhbərliyi tərəfindən aldadıldığını, onun pulunun ödənilmədiyini sonrakı illərdə bir müsahibə zamanı etiraf edir.

Riberi bir böyük klubdan digər bir böyük kluba, “Marsilya” ya transfer olur. O, burada birinci ilində 17 qol atır və ilin sonu 25 milyon avro qarşılığında “Bayern Münih” komandasına transfer olur. Burada kariyerasının ən gözəl illərini keçirir. Frank 2013-cü ildə “Bayern” ilə çempionlar liqasının qalibi olur. “Bayern”də olduğu müddətdə Almaniyada ilin oyunçusu seçilən Frank, bir sıra titullar qazanır.

Riberi milli yığma ilə 2006-cı ildə İtaliyanı penalti vuruşlarının nəticəsinə görə məğlub edərək dünya çempionu olur.

Frank Riberi bu dövrdə Əlcəzair əsilli fransız Vahiba adlı bir qadınla ailə həyatı qurur. Bu dərəcədə məşhur birinin sadə, bir o qədər də gözəl olmayan bir müsəlman qadınla evlənməsi hamını təəccübləndirir. Frank hətta dinini dəyişərək müsəlman olur və müsəlman adı olaraq Bilal Yusif Məhəmməd adını qəbul edir. Bu nikahdan onların iki qızı və iki oğlu dünyaya gəlir.

Tam da hər şey öz axarında gedərkən Frank böyük bir qalmaqala daxil olur. Riberi və Benzemanın gecə klublarının birində 18 yaşdan kiçik bir qızla intim münasibətdə olduğu iddia edilir. Hadisənin sorağı bütün dünyaya yayılır. Riberi və Benzema bu iddiaya əsasən məhkəmə qarşısına çıxmağa məcbur olur. Məhkəmədə Riberi qızla cinsi əlaqədə olduğunu, amma onun 18 yaşından kiçik olmasını bilmədiyini deyir. Benzema isə iddiaları tamamilə təkzib edir.

Məhkəmənin qərarı isə hadisənin özü qədər qalmaqallı olur. Qərara əsasən Riberi və Benzema məhkəmədən heç bir cəza almadan çıxır. Səbəb olaraq da onların qızın yetkinlik yaşına çatmadığını bilməmələri göstərilir.

Frank Riberinin hazırda 34 yaşı var və peşəkar futbol həyatını davam etdirir.

Paylaş »
››› İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Türkiyə bu qızın ölümünə ağlayır - Foto
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
Son xəbərlər
Bütün xəbərlər »