Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarix dərslərində eşitmədiyiniz 13 maraqlı fakt
Tarixdən bizə irs qalmış bir çox şeylər var ki, necə yaranması, nə məna kəsb etməsi barədə bəzən düşünmürük belə. Lakin bəzən kiçik bir araşdırma aparanda tarixin tozlu səhifələrindən bu günümüzə gələn elə maraqlı faktlarla qarşılaşırsan ki, heyrətlənməmək olmur. Bu gün Bizimyol.info sizə yəqin öncələr heç yerdə eşitmədiyiniz maraqlı faktları təqdim edəcək.

İmperator əmr edir -Burnunuzu qolunuza silməyin!

Moda xətrinə pencəklərin qoluna vurulan 3 düymə sizcə necə yaranıb? Bunun da maraqlı bir tarixçəsi var. Bu Napaleon Bonopartın adı ilə bağlıdır. Soyuqlamış əsgərlər burunlarını qollarına silməsinlər deyə imperator onların hərbi geyimlərinin qoluna düymələrin tikilməsini əmr etmişdi.

Hippokrat andını Hippokrat yazmayıb

Hippokrat tərəfindən yazılmış ilk variantda həkimə aborta kömək etməmək tövsiyə olunur, həmçinin həkim sirrinin nə olması barədə məlumat verilirdi. İndi bilinən Hippokrat andının tam versiyası yunan filosofun ölümündən sonra yaranıb.

Cərrah qarışqalar

Hindular tarixdə çox azad və güclü xalq kimi tanınırlar. Bu xalq eyni zamanda müşahidə qabiliyyəti ilə də seçilirdi və düzgün müşahidə nəticəsində təbiətdən yararlanırdılar. Onlar yaralarını əsgər qarışqalar vasitəsi ilə tikirdilər. Əsgər qarışqalar yaranın kənarından yapışır və öz ağız fermentləri ilə onu genişlənməyə və infeksiya yoluxmasına imkan vermirdilər.

Stomotoloq bərbərlərin ilk çənə köçürmə əməliyyatları

Napaleonun apardığı döyüşlərdə bir çox əsgərlər dişlərini itiridilər. O zaman stomotoloqlar olmadıqına görə adi bərbərlər bu vəzifəni üzərlərinə götürərək ölmüş əsgərlərin çənə sümüklərini götürür, yaralı əsgərlərdə çənəni əvəzləmək üçün əməliyyat aparırdılar.O zamanadan da "Vaterloo dişləri" adlı bir anlayış yaşamaqdadır.

Başın ağrıyırsa dar ağacına üz tut

Tibbin indiki kimi inkişaf etmədiyi dövrlərdə insanlar can ağrılarını müxtəlif şəkildə dayandırmağa çalışırdılar. Bəzən qəribə inanclar da olurdu. Məsələn başağrısını kəsmək üçün dar ağacı kəndirindən istifadə olunurdu. Belə ki , yenicə kiminsə asıldığı kəndiri xəstənin başına dolamaqla baş ağrısının keçəcəyinə inanırdılar.

Narkoz əvəzinə balıq

Tibb barəsində daha maraqlı bir fakta qədim yunanların tarixində rast gəlmək olar. Anesteziyanın olmadığı vaxtlarda əməliyyat və doğuş zamanı qədim təbbilər elektrik skatı balığından keyidici kimi istifadə edirdilər. Balığın quyruğundakı elektrik cərəyanı ilə xəstəni şoka salıb, bayıltdıqdan sonra əməliyyat edirdilər.

Kələm şorabasında gizlənən tarix

Kələm şorabası bütün dünyaya Çindən yayılıb. Çin səddi çəkilərkən Çinin ilk imperatoru Şi Huandi kələmi şərabda isladaraq qullara yedizdirməyi əmr etmişdi. İmperator bunun qullara güc və dözümlülükk verəcəyini düşünmüşdü.

Meduza saç geli kimi

Orta əsrlərdə Yaponiyada qara uzun saçları yağalyıb arxaya daramaq dəbdə idi. O zaman gel icad olunmadığından insanlar da dövrün tələblərinə uyğun moda yaradırdılar. Yaponiyanın 4 bir yanını əhatə edən okeanlar bu xalqın bütün tələbatını ödəyirdi. Meduza isə saç üçün əsl möcüzə idi. Okeandan kiçik meduzaları tutur əllərində əzir və saçlarına sürtərək onun parıldamasına səbəb olurdular.

Andorra Knyazlığında qadağan olunmuş peşə

Bu ölkədə hesab edirlər ki, qaranı ağ eləməyi bacaran çoxbilmiş vəkillərə ehtiyac yoxdur və bu qanunla qadağan edilir.

Bədən temperaturunun rekordu

İnsan bədəninin ən yükək temperaturu 1980-ci ildə qeydə alınıb. Vaşinqton ştatının Atlanta şəhərində Uilli Cons adlı şəxs 46,5 dərəcə temperaturla xəstəxanaya gətirilib. Xəstə sağ qalıb və 24 saat sonra xəsətxanadan evə buraxılıb.

İngiltərə kraliçası üçün korset

Böyük Britaniya sahillərinə atılmış hər bir ölü kitinn başı qanuna əsasən krala məxsus olur. Qanuna görə balinanın quyruğu isə kraliçaya aid olmalıdır.Çünki kraliça balinanın elastik qığırdaqlarından korset üçün istifadə edirdi.

Ölümcül test

Gülləkeçirməyən ilk jiletlərə inam o qədər böyük idi ki, 1920-ci ildə hazırlanmış ilk belə jiletlərdən birini zabit Merfi öz əynində sınamışdı. Şahidlərin dediyinə görə, zabitə yaxın məsafədən tapançadan iki dəfə atəş açılmış, o isə gözlərini belə qırpmamışdı.

Stalinin "doktor" kolbasası

Bir çoxlarının sevdiyi"doktor" kolbasaları 1936-cı ildə Stalinin əmriylə belə adlandırılıb. Bu kolbasalar stalinin əmri ilə I Dünya müharibəsində çar zülmünə qarşı  döyüşlərdə sağlamlığını itirmiş vətəndaşlar üçün xüsusi işlənib hazırlanmışdı. Bir kiloqram kolbasanın tərkibinə 250 qram mal əti,700 qram yarıyağlı donuz əti,30 qram yumurta, 20 ml. inək  südü daxil idi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »