Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Standart vəziyyətlərdən bəsit qollar buraxdıq"
Qurban Qurbanov: "Standart vəziyyətlərdən bəsit qollar buraxdıq"

"Rəqibi təbrik edirəm, vacib qələbə qazandılar. Təəssüf ki, standart vəziyyətlərdən bəsit qollar buraxdıq. Halbuki "Sabah"ın üstün tərəfləri barədə oyunçulara məlumat verilmişdi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis ikinci topu çox tez buraxdıqlarını bildirib: "Görünür, bu gün rəqib qələbəyə daha layiq idi. Futboçularıma hər hansı etirazım yoxdur. Bir ildən çoxdur uduzmurduq. İnanıram ki, bu məğlubiyyətin bizə çox faydası olacaq. Qalib gəliblərsə, deməli, bu, onların haqqıdır. Bizim də qol epizodlarımız oldu. Amma futbol elə oyundur ki, hər fürsəti qola çevirmək asan deyil".

O, Filip Ozobiçin ehtiyatda qalmasına da toxunub: "Bunun hər hansı səbəbi yoxdur. Sadəcə, digər oyunçular özlərini daha yaxşı tərəfdən göstərirlər. Qarşıdakı matçlarda Ozobiç də oynayacaq".

Qurbanov zədəsini sağaldan Şahruddin Məhəmmədəliyevin son durumunu da açıqlayıb: "Hər şey yaxşılığa doğru gedir. Bir neçə məşqdə tam iştirak edib. Növbəti görüşlərdə oynamaq ehtimalı var".

Son xəbərlər
Bütün xəbərlər »