Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi haqda yekun qərar
İspaniya Ali Məhkəməsi “Barselona”nın hücumçusu Lionel Messi barədə yekun qərarını açıqlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz təzminat ödəməklə canını qurtaracaq.

Belə ki, vergidən yayınmaqda ittiham edilən və məhkəmə tərəfindən 21 aylıq həbs cəzasına məruz qalan 30 yaşlı forvardın bu cəzası cərimə ilə əvəzlənib. Məhkəmənin qərarına əsasən, 252 min avro ödəməklə Messinin işi bağlanacaq. Onun atası Xorxe Messinin təzminat məbləği isə 180 min avro göstərilib. Prokurorluq bu qərara bağlı etiraz etməyəcək.

İspaniya qanunvericiliyinə əsasən, cəza müddəti 2 ildən az olan şəxslər həbs edilmir, təzminat ödəməklə kifayətlənirlər.

Qeyd edək ki, Lionel Messi və atası 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergidən yayınmaqda ittiham edilirdi.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Son xəbərlər
Bütün xəbərlər »