Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək - Həkimlərdən məsləhət
Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək - Həkimlərdən məsləhət

Aprelin ortalarında planetimizin əhalisi bir neçə maqnit qasırğasının təsirinə məruz qalacaq. Meteohəssas insanlar vəziyyətlərinin pisləşməsi ilə qarşılaşa bilərlər.

Bizimyol.info xəbər verir ki, Meteoagent portalı məlumat yayıb ki, maqnit qasırğası həftəsonundan sonra, aprelin 18-dən etibarən özünü göstərməyə başlayacaq, lakin pik hədd ayın 20-si və 21-nə düşəcək.

Növbəti günlərdə maqnit qasırğaları müxtəlif intensivlikdə olacaq.

Aprelin 16-17- də 4 indeksli geomaqnit qasırğası gözlənilir, lakin artıq 20-21-də bu, 5-ə qədər güclənəcək. Bu çətin dövrdən sonra maqnit qasırğaları səngiyəcək və planetin əhalisinə ciddi təsir göstərməyəcək.

Bununla belə, hətta meteohəssas insanlar da gələcək geomaqnit qasırğasına hazırlaşa bilərlər.

Güclü maqnit qasırğaları zamanı planetdə auroralar müşahidə oluna, elektronikanın, peyklərin, radionun işində mümkün qısamüddətli fasilələr, hətta bəzən elektrik enerjisinin kəsilməsi də müşahidə oluna bilər.

Maqnit qasırğalarının güclənməsi zamanı Yer kürəsinin bir çox sakini baş ağrısı, yuxu pozğunluğu, başgicəllənmə, oynaq ağrıları kimi problemlərlə üzləşə bilər. Bu da əhval-ruhiyyənin qəfil dəyişməsinə səbəb ola bilər.

Əlbəttə ki, insanlar maqnit fırtınalarının intensivliyinə və tezliyinə təsir edə bilməzlər, ancaq bədəninizi əvvəlcədən hazırlaya bilərsiniz. Həkimlər maqnit qasırğasına dözməyi asanlaşdırmaq üçün bəzi qaydalara riayət etməyi məsləhət görürlər.

Belə ki, bu dövrlərdə kifayət qədər su içməli, yaxşı qidalanmalı və ümumiyyətlə sağlam həyat tərzi sürməlisiniz. Həmçinin yağlı qidalardan və spirtli içkilərdən uzaq durmaq daha yaxşıdır.

Yer kürəsində maqnit qasırğası baş verdikdə, təmiz havada kifayət qədər vaxt keçirmək və yuxu rejiminə riayət etmək də çox vacibdir.

Hətta özünüzdə bəzi dəyişikliklər hiss etsəniz, kontrastlı duş qəbul edə bilərsiniz. Ancaq bu cür prosedurlar sağlamlığınızın vəziyyətini nəzərə alaraq aparılmalıdır.

Maqnit fırtınaları dövründə fiziki fəaliyyəti artırmaq, ən azı daha çox gəzmək zərər verməyəcək. Otağı mütəmadi olaraq havalandırmağı da unutmamalısınız.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »