Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk Tarixi Muzeyi: Atatürk, İskit və Göktürk Xanları, Rəsulzadə, Əhməd Cavad...
Türk Tarixi Muzeyi: Atatürk, İskit və Göktürk Xanları, Rəsulzadə, Əhməd Cavad...

Türk Tarixi Muzeyi və Parkı Ankaranın Etimesqut rayonunda yerləşir. Muzey açıq səma altında olan bir muzeydir. Muzeydə Ergenekondan Cümhuriyyətin elanına qədər Türk dünyasında mühüm işlər görmüş tarixi şəxsiyyətlərin heykəlləri yer alır. Muzeydə Mustafa Kamal Atatürk, İskit və Göktürk Xanları və Xatunları, 16 Türk dövlətinin qurucusu, Səlcuqlu sultanları, Osmanlı sultanları, Türk alimləri, Türk Cümhuriyyətlərinin qurucuları və s. heykəllər və kompozisiyalar yer alıb.

Etimesqut Bələdiyyəsinin Türk Tarixi Muzeyi və Parkının intellektual infrastrukturu 5 il əvvəl ortaya qoyulub. Son 3 ildə yerli və xarici rəssamlar Etimesqut Bələdiyyəsinin Heykəltəraşlıq və Keramika Atelyesində muzeydəki sənət əsərlərini hazırlayıblar.

Türk Tarixi Muzeyi heykəllər

Türk Tarixi Muzeyi və Parkında 200-dən çox heykəl, 7 kompozisiya, 4 nəhəng panoramik rəsm və 8 türk yazısı var.

Türk Cumhuriyyətinin qurucuları arasında Məhəməmməd Əmin Rəsulzadənin heykəli qoyulub. Heykəlin aşağı hissəsində isə, Xalq Cumhuriyyətinin banisi haqqında ətraflı məlumatlar qeyd edilib. Eyni zamanda heykəllərin yanında olan lövhələrdə həmin şəxslər haqqında internetdən məlumat almaq üçün QR kod yerləşdirilib. QR kodu telefon vasitəsilə oxudaraq, istənilən şəxs haqqında ətraflı məlumat əldə etmək mümkündür.

Türk Tarixi Muzeyi, Məhəmməd Əmin Rəsulzadənin heykəli Türk Tarixi Muzeyi, Məhəmməd Əmin Rəsulzadənin heykəli

Muzeyin digər bir hissəsində isə, istiqlal şairi Əhməd Cavadın heykəli qoyulub. Əhməd Cavad Türkiyə türklərinin yaddaşında “Çırpınırdı Qara Dəniz, baxıb Türkün bayrağına” şeiri qalıb. Əhməd Cavad “Çırpınırdı Qara Dəniz” şeirini 1914-cü il noyabrın 15-də Osmanlıların Birinci Dünya Müharibəsində iştirakına ithafən yazıb. Bu şeirin də, şairin Türklərin ürəyində böyük yeri var. Odur ki, onu unutmayıb və tarix muzeyində heykəlini yaradıblar.

Türk Tarixi Muzeyi, Əhməd Cavadın heykəli Türk Tarixi Muzeyi, Əhməd Cavadın heykəli

Muzeydə rəssam Yaşar Zeynalovun panaromik rəsmləri də yer alıb.

Ankaraya yolunuz düşsə, mütləq Türk Tarixi Muzeyinə baş çəkin. Bəlkə də burada unutduğunuz keçmişinizi, tarixinizi xatırlaya bilərsiniz.

Mənim də yolum düşmüşdü...

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »