Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəngəzur dəhlizinin İrana zərərinin olmadığını İran səlahiyyətliləri başa düşməlidir"
"Zəngəzur dəhlizinin İrana zərərinin olmadığını İran səlahiyyətliləri başa düşməlidir"

İranın Azərbaycanla münasibəti getdikcə gərginləşir. Güney Azərbaycanda milyonlarla azərbaycanlının yaşamasına baxmayaraq, İran rejimi Azərbaycana qarşı düşmən mövqeyi sərgiləyir və münasibətləri hər keçən gün qırmağa çalışır.

“Türkiyə, İran və Misir İslam dünyasının böyük ölkələridir. Beynəlxalq münasibətlərdə Qərbin “2-yə bir” siyasəti var. Yəni bəzən Türkiyə ilə Misir Amerika ilə yaxşı münasibət içində ikən İran düşmən elan edilir. Ya da İranla Misir Amerika ilə yaxşı münasibətdə ikən Türkiyə düşmən elan edilir. Və beləcə İslam coğrafiyasında birlik və bərabərliyin təmin edilməməsi üçün belə bir siyasət yürüdülür. Bu tələyə düşməmək lazımdır”.

Bu barədə Bizimyol.info xəbər portalına Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor hesab edir ki, Türkiyə bunu başa düşür.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Atatürkün anlayışını ona görə vurğulayıram. Türkün siyasəti balans siyasətidir. Eyni siyasəti Heydər Əliyev də çox bacarıqlı bir şəkildə Azərbaycanda tətbiq etdi. Nə deməkdir balans siyasəti? Yəni bir tərəfdə İranla yaxşı münasibəti davam edərkən, bir tərəfdə Rusiya ilə münasibətləri yaxşı davam edir, digər tərəfdən isə Amerika ilə yaxşı davranmağa çalışaraq öz ölkələrinin mənfəətləri üçün şüurlu bir anlayışa sahibdir ki, hər iki siyasəti Türkiyənin də, Azərbaycanın da təqib etməsi lazımdır. İran fərqinə varmalıdır ki, ölkə ərazisində milyonlarla Azərbaycan Türkü yaşayır. Bu, İran üçün təhlükə deyil. Zəngəzur dəhlizinin açılmasının İrana zərərinin olmadığını İran səlahiyyətliləri başa düşməlidir. İran bundan faydalanmalıdır”-deyən professor vurğulayıb ki, İranın Ermənistanda iqtisadi baxımdan və ya hərbi mənada ala biləcəyi heç bir dəstək yoxdur.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »