Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səfirliyin əməkdaşı terrorun qarşısını almasaydı, qətliam olacaqdı" - Video
"Səfirliyin əməkdaşı terrorun qarşısını almasaydı, qətliam olacaqdı" - Video

Yanvarın 27-də İranın Azərbaycandakı səfirliyinə edilən hücumdan sonra İran rejiminin hadisəyə haqq qazandırması, terrorçunu psixi xəstə elan etməsi sübut edirdi ki, bu hadisə iddia edildiyi kimi sadəcə məişət zəmnində baş vermiş hadisə deyil. Bu, öncədən planlaşdırılmış və ciddi şəkildə təşkilatlanmış bir olaydır. Aradan xeyli müddət keçməsinə baxmayaraq, İran rejimi hələ də bununla bağlı açıqlama vermir, üstəlik bu müddət ərzində deputat Fazil Mustafanın vurulması üçün "qərar verilir". Həqiqətən çox maraqlıdır, məzhəbi əsas götürərək, illərlə gözümüzə baxa-baxa düşmənçilik edən İran hansı hədəfinə çatmaq istəyir. Əgər məqsəd qalib Azərbaycanı aşağılamaqdırsa, rejim bunu yuxusunda da görməyəcək. Çünki artıq Azərbaycan qlobal dünyada sözünü deyə bilən bir ölkədir. İranı isə, bütün dünya terroru və terrorçunu dəstəkləyən və dünyanı nüvə silahı ilə hədələyən bir ölkə kimi qəbul edib.

“Azərbaycana qarşı müharibə və yaxud Xocalı soyqırımı zamanı İranın qınadığını, Ermənistanla müttəfiqliyini pozduğunu biz görmədik. Tarix boyu Ermənistanla farslar müttəfiq olub. Bu müttəfiqliyin pik nöqtəsi isə, Qarabağ müharibəsi zamanı özünü göstərdi.

Qarabağ müharibəsi zamanı çox yaxşı xatırlayıram, Fransada, Almaniyada və Avropanın bir çox ölkələrində Azərbaycan səfirliklərinə ermənilər basqınlar həyata keçirirdi”.

Bu barədə Bizimyol.info xəbər portalına Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün danışıb. Onun sözlərinə görə, bu "mədəni" dövlətlər ölkə ərazisindəki səfirlikləri qoruya bilmirdilər.

Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün Dünya TURKİYAD Dərnəyi başqan vəkili Səlcuq Düzgün

“Fransada Azərbaycan səfirliyinin qapısına dayanmışdılar. İranda Azərbaycan səfirliyinə edilən basqın zamanı şəxs əlini-qolunu sallaya-sallaya gəlir, qapıdakı polis heç nə etmir. Şəxs içəri girib, atəş açır. İçəridəki bir azərbaycanlı qəhrəmanlıq göstərib bunun qarşısını almasaydı, orada qətliam olacaqdı. Bunun qarşılığında İran dövləti belə bir açıqlama verir: “Psixikası pozulub”. Bu açıqlama İranın dövlət şərəfidir”-deyən Səlcuq Düzgün qeyd edib ki, Türkiyədə hərhansı bir xarici diplomatik nümayəndəliyə hücum eyni zamanda Türkiyə dövlətinin namusudur. Türkiyə diplomatik nümayəndələri öz vətəndaşlarından daha çox qoruyur. İran da bu məsələdə sinifdə qalıb.

Səlcuq Düzgünün fikrincə, bu İranın bir mesajı idi. Bu terror, İran dərin dövlətinin təşkilatlanması idi və hədəfinə çatmadı, yarım qaldı.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »