Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yunanları irəli verdilər, sizdə Rusiya erməniləri irəli verdiyi kimi" - Video
"Yunanları irəli verdilər, sizdə Rusiya erməniləri irəli verdiyi kimi" - Video

1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin açılışı ilə milli suverenliyə əsaslanan yeni bir dövlət quruldu. Ancaq Qurtuluş Savaşı illərində milli birlik və həmrəyliyi pozmamaq üçün rejimin adı çəkilmədi. Sultanlığın ləğvindən və Lozanna müqaviləsindən sonra Türkiyə Böyük Millət Məclisində ən çox müzakirə edilən məsələlərdən biri də yeni dövlətin mahiyyəti məsələsi oldu. Onun hökümətinin əsaslandığı prinsiplər demokratik olsa da, digər tərəfdən adı “Türkiyə Böyük Millət Məclisinin Höküməti” idi. Uzun müzakirələrdən sonra 29 oktyabr 1923-cü ildə Türkiyə Cümhuriyyət elan edildi.

“1919-cu ilə qədər Türk milləti böyük acılar yaşadı. Balkanlarda çox böyük soyqırımlar törədildi. Bu soyqırımlar zamanı 3,5 milyon Türkün öldürüldüyü qeyd edilirdi. Yunan hərbçisinin yazdığı bir kitabda qeyd edilirdi: “artıq atımın nalları Türk cəsədlərindən yerə toxunmurdu”...”

Bu barədə Bizimyol.info xəbər portalına Avropa Jurnalistlər Dərnəyinin sədri Adnan Fişənk Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ilə bağlı danışarkən qeyd edib.

Türkiyə “Avropa jurnalistlər dərnəyi”-nin sədri, jurnalist Adnan Fişənk Adnan Fişənk

Adnan Fişənk həmin tarixə yenidən nəzərə salaraq, Türk xalqının yaşadığı iztirablardan, acılardan söz açıb. O, Türklərin öz yurd yuvalarından didərgin salınmasından danışıb.

“Tarixdə ən böyük düşmənlərimiz ingilislərdir. Türk insanının fikrini yayındırmaq üçün yunanları irəli verdilər. Eyni sizdə olduğu kimi, Rusiya erməniləri irəli verdiyi kimi. Bu taktika azərbaycanlıları erməniləri düşmən etmək üçün idi. Eynisini ingilislər yunanları irəli verərək, 6 ilə yaxın İzmiri yandırıb, məhv edib, insanlarımıza işgəncələr verdilər. Bu təxribat Ankara Polatlı, Haymanaya qədər davam etdi. Silahları təslim edilmiş, formaları soyundurulmuş yaralı insanlara erməni qruplaşmaları hücum etməyə başladı. Siz də bunu yaşadınız. Sonradan erməni və yunanların həyata keçirdikləri soyqırımların qarşısının alınması məqsədilə Mustafa Kamal Atatürkün başçılığı ilə dəstələr yaradıldı”-deyə Fişənk həmin tarixi yenidən göz önündə canlandırıb.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info.

Son xəbərlər
Bütün xəbərlər »