Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İçində qızılları saxladığı adyalı səhvən zəlzələ bölgəsinə göndərib, iki ay sonra xəbər tutub
İçində qızılları saxladığı adyalı səhvən zəlzələ bölgəsinə göndərib, iki ay sonra xəbər tutub

Türkiyədə zəlzələ günlərində xeyli kuryoz hadisə qeydə alınmışdı. Neçə həssas vətəndaş faciə bölgəsinə səhvən böyük miqdarda pul və zinət əşyaları göndərmişdi. Məsələn, belə ailələrdən biri içində böyük məbləğdə vəsait olan çemodanı yardım məntəqəsinə təqdim etmişdi. Bir həftə sonra məsələdən xəbər tutanda çox gec olmuşdu. Ailə mümkün yardım məntəqələrinin hamısına baş çəksə də, puldan xəbər çıxmamışdı.

Bizimyol.info xəbər verir ki, Türkiyədə buna bənzər daha bir hadisə yaşanıb. Bayburtda minimum əməkhaqqı ilə təmizlik işçisi vəzifəsini yerinə yetirən Məcnun Şener həyat yoldaşının qızıllarını səhvən zəlzələ bölgəsinə göndərib. Məsələnin daha bir acınacaqlı tərəfi onun məsələdən gec xəbər tutmasıdır. Şener yalnız bu günlərdə bilib ki, zəlzələ bölgəsinə məhz içində qızıllar olan adyal yola salınıb.

Məcnunun evdə axtarmadığı yer qalmayıb. Hərçənd əmindir ki, qızıllar məhz həmin adyalın içində idi. O, hər gün yeni ümidlə evdə qızılları axtarır. Hətta jurnalistlərin yanında da axtarış keçirib.

Məcnun, bəlkə də, işdən daha gec xəbər tutacaqdı. Bacısı qızıllar haqda sual verəndə zinət əşyalarını ortaya çıxarmaq qərarına gəlib. Birdən anlayıb ki, evdəki ən vacib adyalı yardım mərkəzinə təqdim edib.

Təmizlik işçisiu təxminən 7-8 min lirə (təxminən 600-650 manat) zərər gördüklərini bildirir. Bu, Şener üçün çox böyük məbləğ sayılır. Məcnun deyir ki, qızılların üzərində həyat yoldaşının, qızının, oğlunun adları yazılıb.

“Yardım etmək istərkən özümüz çətin vəziyyətə düşdük. Mənim ailəm çox kasıb yaşayır. Bizim evdə o qızıllardan başqa qiymətli bir şey yoxdur. Çox ümid edirəm ki, geri qaytarılar”.

Bakıda yardım mərkəzində işləyən könüllünün başına da kuryoz hadisə gəlmişdi. Onun gödəkçəsi gətirilən geyimlərə qarışaraq Türkiyəyə göndərilmişdi. Bundan bir neçə saat sonra xəbər tutulsa da, gödəkçəni geri qaytarmaq mümkün olmamışdı.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »