Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana olmaq arzusunun qarşısını kəsən problem…
Ana olmaq arzusunun qarşısını kəsən problem…

Bu gün qadınlar təhsil alması, karyera seçimləri, partnyorunun olmaması və maliyyə vəziyyətləri kimi xüsusi səbəblərə görə, ana olmağa gec qərar verirlər. Müəyyən bir dövrdən sonra isə qadın cinsi hüceyrəsi olan yumurta hüceyrələrinin vaxtından əvvəl azalması, belə qadınların uşaq dünyaya gətirmə prosesini çətinləşdirir. Və bir yaşdan sonra qadınlar övlad sahibi olmaq istəsələr də, ya bu uzunmüddətli müalicələr nəticəsində baş verir. Ya da…

Bu barədə Bizimyol.info xəbər portalına op.doktor Zülfiyyə Balcı (Qəhrəmanova) danışıb.

Zülfiyyə Balcı (Qəhrəmanova) Zülfiyyə Balcı (Qəhrəmanova)

“Vaxtından əvvək yumurtalıq çatışmazlığı 40 yaşından əvvəl yumurtalıq funksiyalarının pozulmasına səbəb olan amenoreya dediyimiz aybaşı - mensturasiya olmamasıdır. Buna əsasən keçirilmiş yumurtalıq cərrahiyəsi (xüsusilə yumurtalığı şokolad kistaları), kimya və radioterapiya kimi yumurtalığa toksik təsir edən səbəblər, autoimmun xəstəliklər (əsasən qalxanabənzər vəzi qaynaqlı Haşimoto),genetik ve xromosom xəstəlikləri (Turner sindromu və s .) və idiopatik yəni naməlum səbəblər təkan verir”-deyən həkim bildirib ki, yumurtalıq çatışmazlığı yüksəlmiş gonadotropin səviyyəsi və nəticəsində inkişaf edən qanın estrogen səviyyələrində azalma və bu durumun yol açdığı fizioloji ve psixoloji problemlər ilə xarakterizə edilən bir tablodur.

Zülfiyyə Balcı qeyd edib ki, uzun müddət estrogen əksikliyinə məruz qalmaq osteoporoz (sümük əriməsi) və ürək-damar xəstəlikləri riskində ciddi bir artışa səbəb ola bilər.

“Yumurtalıq çatışmazlığı olan qadınlar illərlə nizamsız və ya ara-sıra aybaşı dönəmləri keçirə bilər və həttə hamilə qala bilərlər. Təbii klimaksa girən xəstələrə, bənzər şəkildə estrogen azalması ilə əlaqədar olaraq istilik gəlməsi, gecə tərləmələri, vaginal quruluq kimi klimaksal şikayətlərlə həkimə müraciət edən xəstələrin sayı azdır”-deyən həkim qeyd edib ki, ailəli olmasa belə, bütün xanımlar 6 ayda bir dəfə USM müayinəsindən keçməlidirlər. Onun sözlərinə görə, ultrasəs müayinəsi xüsusilə ginekolojik olaraq, ixtisaslaşmış USM mütəxəssisinin etməsi yaxşı olar. Çünki yumurtalıqda təkcə hər hansı bir kist və ya törəmə olub-olmamasına deyil, yumurtahüceyrə sayına baxılmalıdır.

“Xüsusilə mensturasiya zamanı həyata keçirilən USM müayinəsində antral dediyimiz ölçüsü 2-10 mm arası olan yumurta hüceyrə sayı 6-dan az olarsa, bu yumurta hüceyrə sayının azalması ilə əlaqədardır” deyən həkim qeyd edib ki, belə vəziyyətlərdə qanda yumurtahüceyrə sayı haqqında ən dəqiq məlumat verən test “Antimüller” hormonun müayinəsi vacibdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »