Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zaman keçdikcə nə qədər böyük bir qələbə qazandığımızın fərqində olacağıq"
"Zaman keçdikcə nə qədər böyük bir qələbə qazandığımızın fərqində olacağıq"

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca genişmiqyaslı təxribatına cavab olaraq, Azərbaycan ordusu sonradan “Dəmir yumruq” adlanan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibə Azərbaycan torpaqlarının otuz ilə yaxın davam edən işğalına son qoydu. Məğlubiyyətini etiraf edən Ermənistan təslim aktı imzaladı.

Hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpası üçün genişmiqyaslı proqrama start verdi. “Böyük qayıdış” adlanan proqram Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülüb və yüz minlərlə məcburi köçkünün mərhələli şəkildə öz doğma yurdlarına qayıtmasını nəzərdə tutur. Hələ ötən il işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış” dövlət proqramının layihəsi hazırlanıb və təqdim edilib. Dövlət proqramı çərşivəsində işğaldan azad edilmiş Qarabağ bölgəsinə yaxın illərdə on minlərlə insanın köçürülməsi planlaşdırılır. 2022-2026-cı illəri əhatə edən birinci mərhələdə 66 minə yaxın sakinin Qarabağa köçürülməsi nəzərdə tutulub.

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Böyük qayıdış” 44 günlük Vətən müharibəsində qələbəmizdən sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi prosesinə verilən addır.

Vüqar İskəndərov Vüqar İskəndərov

Deputat bildirib ki, bu prosesə həmin ərazilərdə erməni vandalları yerlə-yeksan edilmiş şəhərlərin, kəndlərin, rayonların ümumiyyətlə darmadağın edilmiş həmin ərazilərin yenidən qurulması daxildir. Eyni zamanda bu çərçivədə “Ağıllı kəndlər”, “ağıllı şəhərlər”, hava limanları, böyük tünellər, körpülər, böyük infrastruktur lahiyələrinin tikintisi həyata keçiriləcək. Bununla yanaşı bu prosesə həm də, həmin ərazilərdə uzun illər öncə orada yaşamış, sonradan didərgin düşmüş, köçmə məcburiyyətində qalmış, qaçqın düşmüş yerli aborigen sakinlərin geriyə qayıtması da daxildir. Onun sözlərinə görə, “Böyük Qayıdış”-ın artıq ilk addımları həyata keçirilib. Belə ki, keçən il iyulun 19-da Şərqi Zəngəzurun Zəngilan rayonunun Ağalı kənd sakinlərinin ilk qrupu həmin kəndə köçürülüb. Qarabağ iqtisadi rayonuna Ağdam, Füzuli, Xocavənd, Şuşa, Şərqi Zəngəzur iqtisadi rayonuna Kəlbəcər, Zəngilan, Laçın və digər ərazilər daxildir.

Deputat qeyd edib ki, tədricən işağldan edilmiş ərazilərə insanlar köçürülməyə başlanılacaq. Ancaq bu prosesdən öncə işğaldan azad edilmiş ərazilərdə insanların yaşaya bilməsi üçün müasir arxitektura nailiyyətlərinə üstünlük veriləcək, “ağıllı kənd” və “ağıllı şəhər”lər salınacaq və müasir yaşam üçün əhəmiyyətli hesab edilən bütün elementlər, infrastruktur layihələri həyata keçiriləcək. İnsanlar uzun illər həsrətdən sonra öz şəhərlərinə, kəndlərinə, yurd-yuvalarına qayıdaraq, sakit və müasir standartlara uyğun bir şəraitdə yaşayacaqlar.

Deputatın fikrincə, bu prosesin həyata keçirilməsi Azərbaycanın iqtisadi gücünü göstərməklə yanaşı, ölkə başçısı İlham Əliyevin siyasi iradəsinin gücünü, qətiyyətini də özündə əks etdirir. Eyni zamanda xalqın əzmini göstərir.

“XXI əsrdə Azərbaycan xalqı sözün əsl mənasında adına dastanlar yazdırdı. Biz bəlkə də hələ bu şalı qələbənin eyforiyasındayıq. Zaman keçdikcə, vaxt ötdükcə, nə qədər böyük bir qələbə qazandığımızın fərqində olacağıq. Bunu daha dərindən anlaya biləcəyik. “Böyük Qayıdış” Azərbaycan vətəndaşlarının dövlətimizə inamını daha da artıracaq. Həmin ərazilərdə insanlarımız əvvəlkindən daha xoşbəxt və firavan yaşıya biləcəklər”-deyən deputat hesab edir ki, Azərbaycan insanı öz kəndinə, şəhərinə, kökünə xüsusi bir bağlılıqla yaşayır. Yüksək səviyyəli yaşam tərzi olsa da, daha fərqli şəraitdə yaşasa da, hrə zaman bir qubar olur. Bu qubar onun kəndi, şəhəri,eli-obası ilə bağlı olur.

Vüqar İskəndərov hesab edir ki, indi həmin ərazilərin sakinləri öz yurd-yuvalarına qayıdaraq, içlərində olan niskili birdəfəlik unudacaq, öz doğulduqları, valideyinlərinin yaşadıqları həmin o ərazilərə, kəndlərə, şəhərlərə qayıdaraq, orada rahat yaşayacaqlar.

Deputatın fikrincə, zaman keçdikdə həmin ərazilərin turistik potensialı və iqtisadi rentabilliyi artacaq. Həmin bölgələrdə yaşayacaq insanların asudə vaxtının səmərəli keçirilməsi üçün də hər bir şərait yaradılacaq.

“Təsəvvür edin, kəndlərin şəhərdən fərqi az olacaq. Çünki kəndlərin özündə də, şəhər infrastrukturuna yaxın layihələr icra olunur. Bu da bir daha ölkəmizin iqtisadi gücünü, insan potensialını və torpağa olan sevgisini bütün dünyaya göstərmiş olur”,- deyən deputat “Böyük Qayıdış” prosesinin sürətlə davam etdirildiyini də dilə gətirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”;

Son xəbərlər
Bütün xəbərlər »