2020-ci il 44 günlük müharibədən sonra Azərbaycan-Türkiyə münasibətlərində ciddi bir yaxınlaşma oldu. Yəni tarix boyu dediyimiz “qardaşıq” ifadəsi məhz bu zaman özünü daha qabarıq şəkildə göstərməyə başladı. Şuşa bəyannaməsindən sonra isə, Türkiyə ilə Azərbaycan bütün sahələrdə müttəfiq oldu. Bu gün İranın Azərbaycana qarşı sərgilədiyi riyakarlığın, düşmənçilik siyasətini qardaş ölkənin fəalları da qəbul etmir.
“Burada mövzu, əslində təkcə Azərbaycan deyil. Bu, qlobal bir mövzudur. Çünki Türklərin ayaq səsi gəlir. Türk Dövlətləri Təşkilatı sanki ABŞ-ı əks etdirir. İran Azərbaycana aid torpaqların və xalqın birləşməsini istəmir. Mənim evimdə yaşasınlar, iqtisadi baxımdan yaxşı yaşamasınlar. Yaxşı işlərdə işləməsinlər.
Bilirsiniz ki, Şah İsmayıl İranı idarə edib. İranı Azərbaycan idarə edib. O, dünyanın ən böyük imperatorluğunu qurmuşdu. Farslarda bir növ aşağılıq kompleksi də var. İsrail, Amerika, Rusiya və Çinin implusları ilə hərəkət edirlər”....
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə “Avropa jurnalistlər dərnəyi”-nin sədri, jurnalist Adnan Fişənk İranın Azərbaycana qarşı 2020-ci il müharibəsindən sonra kəskin şəkildə dəyişən mövqeyini şərh edərkən danışıb. Onun sözlərinə görə, İran nə qədər Amerikaya qarşı görünsə, dünyanda yeni formalaşmanın qarşısına keçmək istəyir. Çünki hazırda olan Azərbaycanın gücü və əhalisi real olaraq indiki deyil. Fişənk qeyd edir ki, Azərbaycan altında vulkan yatan aysberqdir, gizli gücə sahibdir.

“Bax biz o qədər deyilik. Azərbaycanın nefti var. Azərbaycanın iqtisadi gücü də var. Bu gün İran ərazisində qalan azərbaycanlılar çox böyük gücdür. Yəni bunu İran da başa düşür”-deyən Adnan Fişənk hesab edir ki, İran Azərbaycana qarşı cəbhə aça bilməz. Çünki bunu Turqut Özal zamanında İran buna çalışıb, ama o zaman Türkiyənin hərbi təyyarələri havaya qaldıraraq, Azərbaycanın arxasında olduğunu vurğulayıb.
“Necə ki, bizim bir çətinliyimiz olduğu zaman Azərbaycan bizim arxamızdadır, biz də hər zaman Azərbaycanın arxasındayıq. Azərbaycan türkləri tək deyil”-deyə Fişənk qeyd edib.
Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.
İradə Cəlil, Bizimyol.info