Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə prezident seçkilərinə doğru siyasi durum gərginləşir - Video
Türkiyədə prezident seçkilərinə doğru siyasi durum gərginləşir - Video

Bu il Türkiyədə yenidən bir tarix yazılır. Belə ki, mayın 14-də bütün Türkiyə yeni bir prezidentin seçilməsi üçün seçki keçirəcək. Seçkidə iştirak etmək istəyən ittifaqlarla yanaşı, bir sıra müstəqil namizədlər də var. Kimin seçiləcəyi isə, mayın 14-də keçiriləcək seçkilərdən asılı olacaq. Həmin gün Türkiyə Türkləri gələcəkləri üçün önəmli bir addım atmış olacaq...

“Mayın 14-də seçkilərinin keçirilməsinə qərar verildi. Seçki qərarı verildikdən sonra ittifaqlar gündəmə gəldi. Türkiyədə seçkini qazana bilmək üçün 50+1 faiz səs toplamaq lazımdır. Burada hərhansı bri partiyanın bu səsi toplaya bilmək gücü olmadığı üçün ittifaqlar yaradıldı. Bu ittifaqlardan birincisi hazırda Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi “Cumhuriyyət ittifaqı”dır. İttifaqa Milliyətçi Hərakat Partiyası, Böyük Birlik Partiyası və Ədalət və İnkişaf partiya rəsmi olaraq daxildir. Keçən günlərdə ölkənin şərqi və cənub-şərqindən səs ala bilmək üçün “Hüda” partiyası da ittifaqa qatıldı. Vətən Partiyası da qeyri-rəsmi olaraq, ittifaqa qatılıb. Amma bu hələ rəsmiləşməyib. Çünki Vətən Partiyasının sədri Doğu Perinçek səs toplayaraq, müstəqil namizəd olmaq istəyir”...

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Türkiyədə keçiriləcək seçkiləri şərh edərkən danışıb. O, qeyd edib ki, “Cumhur İttifaqının” qarşısında Cumhuriyyət Xalq Partiyasının baş rol oynadığı bir platforma yaradılıb. Burada İYİ partiya, Səadət Partiyası, Demokrat Partiyası, Deva Partiyası və Gələcək Partiyası var.

Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi analitik Həsən Oqtay Həsən Oqtay

“Bir ittifaqdan kənar və yaxud millət vəkili olmayan partiyaların və yaxud prezidentliyə namizədlərin namizəd ola bilməsi üçün 100 min imza toplaması lazımdır”,- deyən siyasi analitik Həsən Oqtay seçkilərlə bağlı bir sıra mühüm məqamlara toxunub.

Mövzu üzrə hazırlanan videomüsahibəni Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »