Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi "Barselona"dan təklif gözləyir, kluba qayıtmağa hazırdır
Messi "Barselona"dan təklif gözləyir, kluba qayıtmağa hazırdır

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi İspaniya "Barselona"sından təklif gözləyir.

"Report" xəbər verir ki, bu barədə jurnalist Qaston Edul sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, 36 yaşlı hücumçu Kataloniya təmsilçisinə qayıtmağa hazırdır. Messi yenidən sabiq komandasının formasını geyinmək arzusundadır.

Qeyd edək ki, Lionel Messi 2003-2021-ci illərdə “Barselona”da çıxış edib. Onun PSJ ilə cari mövsümün sonunadək müqaviləsi var.

Son xəbərlər
Bütün xəbərlər »