Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda zəlzələ olub
İranda zəlzələ olub

İranın cənubundakı Hörmüzqan əyalətinin Parsiyan şəhərində zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, İran Milli Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Hörmüzqan əyalətinin Parsiyan şəhəri ərazisində olub. Yerli vaxtla saat 19.27-də baş verən zəlzələnin 5 bal gücündə olduğu qeydə alınıb.

Fars körfəzindəki Kiş adasını, eləcə də Parsiyanı silkələyən təbiyət hadisəsi 11 kilometr dərinlikdə baş verib.

İranın rəsmi agentliyi İRNA-nın xəbərinə görə, Hörmüzqan Valiliyinin Böhran İdarəetmə İdarəsindən bildirib ki, zəlzələ bölgəsində indiyədək heç bir dağıntı qeydə alınmayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »