Aprelin 1-i axşam saatlarında on minlərlə insan Təl-Əviv və Hayfada hüquq islahatlarına etiraz etmək üçün küçələrə çıxıb.
Bizimyol.info xəbər verir ki, "Valla"nın yazdığına görə, minlərlə insan Hayfanın mərkəzində etiraz aksiyası keçirir.
Təl-Əvivin Kaplan küçəsi və Azrieli qovşağı da nümayişçilərlə dolub. Hələlik hadisələr dinc şəkildə gedir.
Etiraz təşkilatçılarının daha əvvəl bildirdiyi kimi, bu gün ölkənin 150 şəhər və əyalətlərində kütləvi nümayişlər keçiriləcək.
Baş nazir Benyamin Netanyahunun danışıqlara şans vermək üçün qanunvericilik prosesini dayandırmaq qərarına baxmayaraq, etirazlar ardıcıl 13-cü həftədir keçirilir.
Təşkilatçılar deyirlər ki, nümayişlər hüquqi islahatlar planı tamamilə aradan qaldırılana qədər davam edəcək.
Qadir, Bizimyol.info
השבת ה-13 של המחאה: כעת בקפלן מייצג "המיליציות של בן גביר" pic.twitter.com/4ylIuad5L3
— אדם קוטב | adam kutub (@adam_kutub) April 1, 2023