Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran terrorçuları Pakistan ordusunun 4 əsgərini öldürüb
İran terrorçuları Pakistan ordusunun 4 əsgərini öldürüb

Pakistan ordusu bildirib ki, İrandan gələn terorçular ordunun dörd sərhəd patrul əsgərini öldürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə ordunun media qanadı "ISPR" şənbə günü verdiyi açıqlamada bildirib

“İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu Pakistan-İran sərhədində fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin adi sərhəd patruluna hücum edib", - deyə məlumatda bildirilib.

“Terrorçulara qarşı effektiv tədbirlər görmək və gələcəkdə belə hadisələrin qarşısını almaq üçün İran tərəfi ilə lazımi danışıqlar aparılır”, - deyə ordu mətbuatı xəbər verib.

Hadisə Əfqanıstan və İranla uzun sərhədi olan Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib. Heç kim məsuliyyəti üzərinə götürməyib.

Pakistan və İran 900 km-dən çox sərhədi bölüşürlər. Keçmişdə də bu sərhədlərdə bir neçə təhlükəsizlik insidentləri baş verib.

Bölgədəki üsyançı Bəluc millətçi qrupları regional resurslardan daha çox pay almaq üçün mübarizə apardıqlarını deyirlər. Bəluc qrupları sərhədin hər iki tərəfində fəaliyyət göstərir.

Yanvarda əyalətin Bolan rayonunda terorçular tərəfindən partladılan sərnişin qatarında azı 13 nəfər yaralanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »