Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alimlər beynin “daxili kompas”ının necə işlədiyini müəyyən ediblər
Alimlər beynin “daxili kompas”ının necə işlədiyini müəyyən ediblər

"McGill" Universitetinin alimləri beyindəki "neyron kompas" və ya "daxili kompas" kimi tanınan istiqamət mərkəzinin istiqamət duyğunun əsasını necə təşkil etdiyini anlamaq üçün araşdırma aparıblar.

Bizimyol.info xəbər verir ki, "Tech Explorist"in verdiyi məlumata görə, elm adamları beyindəki sinir dəyişikliklərini ən son görüntüləmə üsulları ilə izləyərək istiqamət mərkəzi haqqında yeni məlumatlar əldə ediblər.

Araşdırmanın, demans kimi degenerativ xəstəliklərdə xəstələrin oriyentasiyasının pozulmasına və itkin düşməsinə səbəb olan proseslərdə və ətraf mühitdəki dəyişikliklərdə beynin istiqamət duyğusundan necə istifadə etdiyinə də aydınlıq gətirildiyi bildirilib.

Vizual məlumatın beynin daxili kompasına necə təsir etdiyini daha yaxşı başa düşmək üçün tədqiqatçılar çaşqın virtual mühitə yerləşdirilən siçanların beyinlərində sinir fəaliyyətini izləyiblər.

Neyron qeyd texnologiyasındakı ən son nailiyyətlərdən istifadə edərək, komanda beynin daxili kompasının fəaliyyətini görünməmiş dəqiqliklə aşkar edə bilib.

Siçanın naviqasiya sisteminin necə işlədiyinə dair daha aydın fikir əldə edən tədqiqatçılar həmçinin beynin yol tapan hüceyrələrinin dəyişən mühitdə öz istiqamətlərini dəyişmək qabiliyyətini necə dəstəklədiyini kəşf etdilər.

Tədqiqatçılar müəyyən ediblər ki, siçanların oriyentasiyasını itirdikdən sonra beyinlərinin daxili kompasında oriyentasiyasını dəyişməyə imkan verən "ətraf mühitin tədqiqi" adlı bir fenomen var.

Harvard Universitetinin tədqiqatçısı Zəki Əcəbi: "Sanki çaşqın situasiyalarda beynin daxili kompasının oriyentasiyasını tez dəyişməyə imkan verən "reset düyməsi" var idi. Bu tapıntılar VR sistemlərinin istiqamət hisslərimizi necə asanlıqla idarə edə biləcəyini izah edə bilər", - deyə Əcəbi qeyd edib.

Tədqiqatın müəllifləri virtual reallıq texnologiyasının sürətlə mənimsənilməsini nəzərə alaraq, tədqiqatda istifadə edilən siçanlarda qeyri-təbii şəkillər göstərsə də, bu ssenarilərin insanlara da tətbiq oluna biləcəyini bildiriblər.

"Tədqiqat eksperimental və hesablama yanaşmalarının davranışa səbəb olan beyin fəaliyyətlərini necə daha yaxşı başa düşə biləcəyini göstərir", - deyə tədqiqatın həmmüəllifi Xue-Xin Vei bəyanat verib.

McGill Universitetinin Psixiatriya üzrə dosenti Mark Brandon: "Tapıntılar Alzheimer xəstəliyi üçün də vacib məlumatları ehtiva edir, çünki Alzheimerin ilk əlamətlərindən biri insanların hətta tanış mühitlərdə oriyentasiyasını itməsidir",- deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »