Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə naziri: Almaniya silahlı qüvvələri 2030-cu ilə qədər bütün problemlərini həll edə bilməyəcək
Müdafiə naziri: Almaniya silahlı qüvvələri 2030-cu ilə qədər bütün problemlərini həll edə bilməyəcək

Almaniyanın silahlı qüvvələri yaxın illərdə maddi-texniki baza ilə bağlı bütün problemləri həll edə bilməyəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius şənbə günü "Welt am Sonntag" qəzetində dərc olunan müsahibəsində bildirib.

“Bundesverin üç vəzifəsi var - ölkənin müdafiəsi və Şimali Atlantika alyansı, həmçinin beynəlxalq əməliyyatlarda iştirak. Bunun üçün maddi-texniki baza və yüksək səviyyədə hazırlanmış bacarıqlı kadrların oruya cəlb edilməsi lazımdır. Hamımız bilirik ki, 2030-cu ilə qədər mövcud boşluqları tam doldurmaq mümkün deyil. Ona görə də biz prioritet verməliyik. Belə prioritetlərdən biri NATO-nun şərq cinahını qorumaqdır", - deyə nazir bildirib.

"Biz son 30 ildə yaranan boşluqları bu hökumətin hakimiyyətdə olduğu bir müddət ərzində doldura bilmərik", - deyə Pistorius əlavə edib.

Almaniya iqtisadiyyatının hərbi bazaya köçürülməsinin zəruri olub-olmaması ilə bağlı sualı cavablandıran nazir belə cavab verib: “Belə bir müharibə iqtisadiyyatı bütün iqtisadiyyatın elə yenidən qurulması demək olardı ki, AFR müharibənin tərəfi olsun. Amma belə deyil, ona görə də müzakirə olunmur”.

2022-ci il fevralın sonunda Almaniya parlamenti müdafiə ehtiyacları: yeni texnika, sursat və avadanlıqların alınması, yeni sistemlərin hazırlanması üçün 100 milyard avro ayrılmasına səs verib. Almaniyada ekspertlər dəfələrlə bildiriblər ki, son aylarda Bundesverin maddi-texniki bazası yaxşılaşdırılmayıb. Martın 29-da Pistorius Bundesverin Avadanlıq, İnformasiya Texnologiyaları və Texniki Dəstək üzrə Federal İdarəsinin rəhbəri Qabriele Korbu əvəz etmək qərarına gəlib. O, silah və texnikanın alınması çox uzun sürdüyü üçün tənqid edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »