Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sahibə Qafarova BMT-də Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş guşəni ziyarət edib
Sahibə Qafarova BMT-də Türkiyədəki zəlzələ qurbanlarının xatirəsinə həsr olunmuş guşəni ziyarət edib

Martın 30-da Türkiyə Respublikasının Birinci Xanımı Əminə Ərdoğan, Milli Məclisin sədri Sahibə Qafarova, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş və digər rəsmi şəxslər BMT-nin Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən mənzil qərargahında fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdə həyatını itirən insanların xatirəsinə həsr olunmuş guşəni ziyarət ediblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən xəbərə görə, ziyarətçilər həlak olanların xatirəsini yad edib, burada yaradılmış sərgi ilə tanış olublar.

Sonda ziyarətçilər xatirə kitabını imzalayıblar.

Son xəbərlər
Bütün xəbərlər »