Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Bizimyol.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 829 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 156 nəfər müalicə olunaraq sağalıb, 10 182 nəfər vəfat edib, aktiv xəstə sayı 386 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792, hazırkı dövrədək isə 7 558 593 test aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »