Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Si Tzinpin və Zelenski arasında görüşün mümkün olub-olmamasına cavab verib
Çin Si Tzinpin və Zelenski arasında görüşün mümkün olub-olmamasına cavab verib

Çindən onun lideri Si Cinpinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş və ya telefon danışığının mümkünlüyü etiraf edilib. Müvafiq məsələ Kiyev və Pekin arasında müzakirə olunub.

Bizimyol.info xəbər verir ki, Financial Times yazır ki, bu barədə Çinin Aİ-dəki daimi nümayəndəsi Fu Cun məlumat verib.

"Zelenski ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı və ya görüş mümkündür ", - deyə Fu Cun açıqlamasında bildirib.

Məlumat üçün bildirək ki, bundan əvvəl Zelenski Çin Xalq Respublikasının rəhbəri ilə danışmaq istədiyini bildirərək, Si-yə Ukraynaya dəvət göndərmişdi.

Xatırladaq ki, daha əvvəl Pekində Ukrayna prezidentinin dəvətinə reaksiya vermişdilər, bu təşəbbüsü müsbət qiymətləndirmişdilər, lakin onlar qeyd etmişdilər ki, görüşün konkret tarixi barədə hazırda danışmaq lazım deyil.

Bundan əlavə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq, "Biz bütün tərəflərlə əlaqə saxlayırıq. Konkret detallarla bağlı məndə heç bir məlumat yoxdur" deyə açıqlama verib.

Öz növbəsində, Çin Xalq Respublikasının rəhbəri rusiyalı həmkarı ilə görüşdən sonra bildirib ki, Pekin Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların bərpasının tərəfdarıdır.

Onu da əlavə edək ki, ISW analitikləri hesab edirlər ki, Putinin Si Cinpinlə danışıqlardan gözləntiləri özünü doğrultmayıb.

Lakin Avropa İttifaqı Çin lideri Si Cinpin və Ukrayna prezidenti Vladimir Zelenski arasında danışıqlarda israrlıdır. Aİ diplomatları Çinin təkcə Rusiya Federasiyası ilə deyil, həm də Ukrayna ilə müharibənin həlli məsələsində əməkdaşlıq etməli olduğuna inanaraq, danışıqlar aparmağa səy göstərirlər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »