Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq Finlandiyanın yaxın günlərdə NATO-ya üzv olacağını bildirib
Stoltenberq Finlandiyanın yaxın günlərdə NATO-ya üzv olacağını bildirib

"Finlandiya yaxın günlərdə NATO-nun tamhüquqlu üzvü olacaq".

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Yaxın günlərdə Finlandiya rəsmi olaraq alyansımıza qoşulacaq", - deyə baş katib qüyd edib.

Onun sözlərinə görə, NATO-ya üzvlük Finlandiyanı və alyansı daha güclü edəcək: "Finlandiyanın güclü hərbi qüvvələri, qabaqcıl imkanları və güclü demokratik təsisatları var. Ona görə də Finlandiya bizim ittifaqımıza böyük töhfə verəcək", - deyə Stoltenberg əlavə etdi.

Baş katib vurğulayıb ki, NATO müttəfiqləri “İsveç üçün ratifikasiya prosesinin tezliklə başa çatması hər bir ölkənin maraqlarına uyğun olacaq” mövzusunda həmfikirdirlər: "Mən İsveçin də mümkün qədər tez NATO ailəsinə qoşulmasını səbirsizliklə gözləyirəm", - deyə baş katib bildirib.

Türkiyə indiyədək Helsinkinin alyansa qoşulmaq istəyini bəyənən sonuncu NATO üzvü olub. Macarıstan bu prosesi gecikdirdi, lakin martın 27-də müvafiq qanun layihəsini təsdiqlədi. İndi təşkilatın bütün üzvləri Finlandiyanın namizədliyini təsdiqləyiblər.

Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdilər, lakin Ankara kürd təşkilatlarını terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə Türkiyədə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəllədi.

2022-ci ildə NATO sammitinə qədər bu məsələləri həll etmək üçün Türkiyə, Finlandiya və İsveç arasında Ankaranın fikrincə, iki şimal ölkəsinin atmalı olduğu konkret addımların siyahısı ilə memorandum imzalanıb. İsveç hələ də razılaşmalara əməl etməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »