Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Slovakiya hökumətinin başçısı Ukraynaya gedib
Slovakiya hökumətinin başçısı Ukraynaya gedib

Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Heqer cümə günü prezident Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hökumət başçısını səfərdə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı müşayiət edir. Agentlik bildirib ki, təhlükəsizlik baxımından siyasətçilərin Ukrayna prezidenti ilə görüşünün yeri və vaxtı barədə məlumat verilmir.

Martın 23-də Slovakiya Müdafiə Nazirliyi respublikada yerləşən 13 səsdən sürətli "MiQ-29" qırıcısından ilk 4-nün Ukraynaya təhvil verildiyini bildirib. Slovakiya hökuməti Ukraynaya təyyarə göndərmək qərarına gəldikdən sonra Zelenski Heqeri ölkəsinə dəvət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »