Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban: Yeni dünya müharibəsi real təhlükədir
Orban: Yeni dünya müharibəsi real təhlükədir

Macarıstanın baş naziri Viktor Orban deyir ki, yeni dünya müharibəsi təhlükəsi tamamilə realdır və bu, mübaliğə deyil.

Bizimyol.info xəbər verir ki, cümə günü "Kossuth" radiostansiyasında danışan baş nazir bildirib ki, Avropa İttifaqı Ukraynaya qoşun göndərmək barədə danışmağa davam edir və bu, Rusiya ilə birbaşa toqquşma etimalını artırır.

Hökumət başçısı qeyd edib ki, Qərb Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün Ukraynaya getdikcə daha güclü silah sistemləri göndərir və buna görə də üçüncü dünya müharibəsi artıq “bir növ ədəbi şişirtmə” deyil: "İndi bu, mübaliğə deyil, əsl təhlükədir", - deyə Orban bildirib.

O, həmçinin qeyd edib ki, Avropa liderləri artıq sakit şəkildə Avropa İttifaqı ölkələrinin Ukraynaya bəzi sülhməramlı qoşunlar göndərə biləcəkləri barədə danışırlar: "Bu, başqa bir xətt kəsişməsi olacaq", - Macarıstanın baş naziri xəbərdarlıq etdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »