Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib
Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolu təsdiqləyib

Türkiyə Böyük Millət Məclisi (TBMM) Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, səsvermə cümə axşamı parlamentin plenar iclasında baş tutub.

İclasın 276 iştirakçısının hamısı qanun layihəsini dəstəkləyib. Beləliklə, Finlandiya alyansa tam daxil olmaq üçün qanuni əsaslar əldə edib.

Türkiyə indiyədək Helsinkinin alyansa qoşulmaq istəyini bəyənməyən sonuncu NATO üzvü olub. Macarıstan prosesi ləngitsə də, martın 27-də müvafiq qanun layihəsini təsdiqləyib. İndi təşkilatın bütün üzvləri Finlandiyanın namizədliyini təsdiqləyiblər.

Plenar iclasda türkiyəli deputatlar qeyd ediblər ki, hazırkı mərhələdə Türkiyə ilə Finlandiya arasında münasibətlərdə Ankaranın terrorla mübarizə sahəsində maraqlarının nəzərə alınması baxımından ciddi problem yoxdur. Eyni zamanda, qanunvericilər qeyd ediblər ki, Finlandiya ilə birlikdə NATO-ya üzvlük üçün müraciət etmiş İsveç Türkiyə ilə imzalanmış memorandumun müddəalarını hələ də yerinə yetirməyib və hələlik alyansın bir hissəsi olmağa hazır deyil.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci ilin mayında Şimali Atlantika Alyansına üzvlük üçün müraciət etmişdilər, lakin Ankara ölkədə fəaliyyətdə olan kürd təşkilatlarını terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə Türkiyədə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləydib. 2022-ci ildə NATO sammitinə qədər bu məsələləri həll etmək üçün Türkiyə, Finlandiya və İsveç arasında iki şimal ölkəsinin atmalı olduğu konkret addımların siyahısı ilə memorandum imzalanıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »