Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putinə Fərhad Əhmədov haqda danışmağa heç kimin cəsarəti çatmır”
“Putinə Fərhad Əhmədov haqda danışmağa heç kimin cəsarəti çatmır”

Sosial şəbəkələrdə yayılmış prodüser İosif Priqojinlə azərbaycanlı milyarder Fərhad Əhmədovun səs yazısı Rusiyada böyük qalmaqala səbəb olub. Söhbət zamanı bu iki nəfər Kreml rəhbərliyi barədə ağılr ifadələr işlədib. Konkret prezident Vladimir Putinin təhqir olunduğunu demək mümkündür. Fərhad Əhmədov bir epizodda onu “şeytan” adlandırıb. Mətbuata açıqlama verən rusiyalı siyasi şərhçilərin əksəri belə hesab edir ki, Putinin audio yazıdan xəbəri yoxdur. Yoxsa söhbət iştirakçılarını ağır cəza gözləyir.

Bizimyol.info xəbər verir ki, SSRİ Dövlət Təhlükısizlik Komitəsinin və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş kəşfiyyatçısı Sergey Jirnov dövlət başçısının məlum audio yazı barədə məlumatsız olmasına əmindir. Onun fikrincə, Putinə bu haqda danışmağa yaxındakılardan heç kimin cəsarəti çatmır.

Jirnov baş verənlərə qətiyyən təəccüblənmir. Çünki müharibə başlayan kimi oliqarxların şirkətlərinin dəyəri sürətlə düşməyə başlamışdı.

“Mən dərhal demişdim ki, bir həftəyə 80 milyard itirən adamlar müharibənin lehinə çıxış edə bilməz. İnsanların hesabları bağlanmağa başladı. İnkişaf etmiş ölkələrlə iqtisadi münasibətlər imkanlarını itirdilər. Yaxtalarına həbs qoyuldu, sarayları əldən çıxdı. Ailələri Qərb ölkələrindən vətənə qayıtmaq məcburiyyətində qaldılar”.

Jirnov deyir ki, bütün bunlar Rusiya elitasında ciddi narazılıq yaratmaya bilməzdi. Keçmiş kəşfiyyatçı Beynəlxalq Cinayət Məhkəməsinin Putin haqqında qərarı ilə səs yazısının yayılmasının üst-üstə düşməsini də təsadüfi saymır. Axı söhbət daha əvvəl olmuşdu.

“Putin dövlət başçısı kimi beynəlxalq səhnədə mövcudluğunu itirib. O, sadəcə, cinayət şübhəlisinə çevrilib. Məhz onda anladılar ki, daha audio yazını yaymaq olar. Belə etdilər ki, başqa bu cür söhbətlərin iştirakçısına çevrilmiş şəxslər də tək olmadıqlarını anlasınlar. Daha buna görə qorxmağa dəyməz. Onlar da heç nəyi səhv demirdilər. Bir az söyüşün çoxluğuna təəccüblənmək olar. Hərçənd Rusiyada kişi mühitində belə məsələlər adi şeydir”.

Fərhad Əhmədov səs yazısı barədə heç bir açıqlama verməyib. Onun hətta qaçıb gözləndiyini demək olar. İosif Priqojin əvvəlcə audio yazının saxta olduğunu demişdi. Sonra bu açıqlamadan imtina etdi. Priqojin indi jurnalistlərin suallarından yayınmağa üstünlük verir. Federal Təhlükəsizlik Xidmətinin isə araşdırma apardığı məlumdur. Putin məsələdən xəbər tutsa, söhbət iştirakçılarının cəzalanacağına şübhə etməyə dəyməz.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »