Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Moskvaya məddahlıq edən Paşinyan, sonra İran mollakratiyasına yaltaqlanmağa çalışırdı"
“Moskvaya məddahlıq edən Paşinyan, sonra İran mollakratiyasına yaltaqlanmağa çalışırdı"

Ermənistanın baş naziri bu dəfə yeni bir açıqlama ilə gündəmə gəlib. Paşinyan Rusiya-Ukrayna müharibəsindən danışarkən qeyd edib ki, “Biz Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün, o cümlədən Ukrayna ərazisində kritik infrastruktura qarşı davam edən hücumların dinc əhali üçün dağıdıcı nəticələrindən təəssüflənirik və qadın və uşaqlar da daxil olmaqla, mülki əhalinin çox sayda itkisindən dərin narahat olduğumuzu bildiririk”. Paşinyanın bu açıqlaması bir mənalı qarşılana bilməz. Bu açıqlama, qərbmeyilli nazirin açıq-aşkar Rusiyaya qarşı çıxması deməkdir.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Nikol Paşinyan ikiüzlü siyasətçidir və təbii ki, onun müxtəlif platformalarda fərqli açıqlamalar verməyinə artıq dünya auditoriyası öyrəşib.

Tural İsmayılov Tural İsmayılov

“Moskvaya səfər edəndə Rusiya məddahlıq edən Paşinyan daha sonra müxtəlif dövrlərdə İran mollakratiyasına yaltaqlanmağa çalışırdı. Onun sonuncu açıqlaması Qərbdən yeni yardımlar və dividentlər ummaq göstəricisini ortaya qoyur”-deyə Tural İsmayılov bildirib. Politoloq vurğulayıb ki, hazırda Avropa İttifaqının müşahidə missiyası adı altında Ermənistan ərazilərində Qərb casus şəbəkələri fəaliyyət göstərir. Nikol Paşinyan bu açıqlamaları verməklə əslində həm də Qərb imperialist dairələrinə özünü yaxşı göstərməyə çalışır.

“Bu açıqlamanın məqsədi yeni ianələr qoparmağa hesablansa da, Rusiyanın bu açıqlamalara sərt mövqe qoyacağını düşünürəm. Bütövlükdə, Ermənistanın mövcud hakimiyyəti ilə Rusiya arasındakı siyasi çatların hər keçən gün daha çox zədələndiyini görürük. Xüsusilə Paşinyanın KTMT və Rusiya əleyhinə apardığı fəaliyyətə qarşı Rusiyanın hərbi və siyasi rəhbərliyi daha kəskin və sərt mövqe ortaya qoyub”-deyən politoloq hesab edir ki, Paşinyan əslində Rusiyadan özünü qopmuş kimi göstərsə də, bu gün Ermənistan elə bir müstəqilliyə və faktiki olaraq elə bir böyük siyasi gücə və iradəyə malik deyil ki, Rusiyadan tamamilə imtina edə bilsin.

Politoloqun fikrincə, Ermənistanın gücü yoxdur ki, Gümrü şəhərindəki rus hərbi bazasını çıxarsın və yaxud da təkcə KTMT deyil, həm də Avrasiya İqtisadi Birliyini tərk edə bilsin.

“Bu baxımdan Paşinyanın qərbə yönəlik bu demarşları, özəlliklə Fransadan gələn direktivləri yerinə yetirmək üçün edilir. Amma istənilən halda bu gün Ermənistan Rusiya münasibətlərinə gərginlik də açıq ortadadır. Lakin Rusiya da yaxşı başa düşür ki, Ermənistan hakimiyyəti nə qədər “qərbpərəst” mövqe sərgiləməyə çalışsa da, Rusiyanın siyasi, iqtisadi təsirlərindən ömür boyu qurtula bilməz”-deyə Tural İsmayılov bildirib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »