Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirsə, Ermənistan buna səssiz qalmalıdır"
"Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirsə, Ermənistan buna səssiz qalmalıdır"

“Ermənistan "Dağlıq Qarabağ"a heç bir hərbi transfer həyata keçirmir”… Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, Ermənistandan "Dağlıq Qarabağ"a hərbi təchizat, texnika və şəxsi heyətin gəlməsi sadəcə bir ittihamdır. Paşinyanın sözlərindən belə qənaətə gəlmək mümkündür ki, Qarabağda olan silahlı birləşmələr, yaraqlı dəstələr Ermənistan ordusu deyil, terrorçu qruplaşmalardır ki, Azərbaycanın da öz ərazilərində anti-terror əməliyyatları keçirmək təbii haqqıdır. Yəni Azərbaycan həmin ərazilərin terrorçu dəstələrdən təmizlənməsi üçün əməliyyatlar həyata keçirən zaman Ermənistan bu vəziyyətin qarşısında məcbur səssiz qalmalıdır. Çünki həmin dəstələr Ermənistan hökümətinə aid deyil…

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistannın parlament iclasında Baş nazir Nikol Paşinyanın Qarabağda erməni birləşmələrinin olmaması ilə bağlı verdiyi açıqlaması tamamilə ağ yalandır.

Azər Badamov Azər Badamov

“İnformasiya kommunikasiyaları əsrində yaşayırıq və ərazilərimizdə edilən bütün hərəkətlər izlənilir və müvafiq addımlar atılır. O cümlədən Ermənistanın yardımları olmasa, Qarabağda yaşayan separatçıların hərbi tör-töküntüləri saxlamağa heç bir imkanı və gücü olmaz. Hətta Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlayandan sonra Ermənistan torpaq yolları ilə gizli şəkildə hərbçilərin rotasiyası, silahların və təminat vasitələrin daşınmasını həyata keçirirdi”-deyə deputat bildirib.

Deputat qeyd edib ki, Azərbaycan bu qanunsuz daşımalarla bağlı həm sülhməramlılara, həm də Ermənistana videogörüntülü sübutlarla qanunsuz daşınmaların dayandırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

“Xəbərdarlıqlarımıza məhəl qoyulmayandan sonra ordumuz əməliyyat keçirərək, lazımı yerlərdə nəzarət məntəqələri qurub. Əgər Paşinyanın dediyi kimi Ermənistan bizim ərazilərimizə silah-sursat daşımasaydı, müharibədən sonra separatçıların yenidən minaladığı ərazilərdə 2021-ci ilin istehsalı olan minalar necə aşkarlana bilərdi? Həmin minalar Qarabağa necə gətirilib? Hesab edirəm ki, Paşinyan özünün dediklərinə heç özü də inanmır”-deyə Azər Badamov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »