Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahunun on minlərlə tərəfdarı Təl-Əviv küçələrinə çıxacaq
Netanyahunun on minlərlə tərəfdarı Təl-Əviv küçələrinə çıxacaq

Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi sağçı hökumətin tərəfdarları və İsrailin məhkəmə sisteminə dəyişikliklər təklif edənlər cümə axşamı axşam Təl-Əvivdə böyük nümayiş keçirəcəklər.

Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə, yürüşdə on minlərlə israillinin iştirak edəcəyi gözlənilir.

Qismən sionist qeyri-hökumət təşkilatı İm Tirtzu tərəfindən təşkil edilən "Azadlıq yürüşü" hazırkı koalisiyaya səs verənləri küçələrə çıxmağa və səslərini qorumağa çağırır.

“Your Jerusalem” QHT-nin baş direktoru Maor Tzemax rəhbərlik etdiyi təşkilatın yürüşdə iştirak edəcəyini bildirib.

“Məhkəmə islahatlarına etiraz olaraq, biz İsrailin yəhudi dövləti kimi müəyyən edilməsi ilə bağlı böyük təhlükə görürük ki, bu da Fələstin dövlətinin yaradılmasına və Qüdsün bölünməsinə gətirib çıxara bilər",- deyə Tzemax bildirib.

“Qüdsün təhlükəsizliyini qorumaq üçün iştirak etmək bizim üçün vacibdir, çünki biz indi liberal məhkəmələr və ədliyyə sistemindəki qərəzlilik ilə çox məhdudlaşmışıq. Hal-hazırda Qüdsün birliyini qorumaq və şəhərdə suverenliyi gücləndirmək üçün qəbul edilə bilməyən qanunlar var. Biz məhkəmə islahatlarını dəstəkləyən hər kəsi etiraza çıxmağa çağırırıq”, - deyə o mövqeyini açıqlayıb.

Yürüşün çağırış videosunda qeyd olunur ki, son həftələrdə solçu etirazçılar küçələri bağlayıb, yanğınlar törədiblər və ölkə boyu tətilə başlayıblar. Biz isə heç nə etmədən qollarımızı qarşı otururuq.

Videoda “sağ düşərgədən olan” vətəndaşlar “dövlətin mərkəzində – Təl-Əvivdə” yürüşə qoşulmağa çağırılır. Yürüşün marşrutu polis tərəfindən əvvəlcədən təsdiqlənib.

Nümayişçilər saat 19:00-da Təl-Əviv Muzeyində görüşəcəklər. Bir neçə fəalın çıxışından sonra yürüş Kaplan küçəsində davam edəcək. Yürüşün iştirakçıları polis tərəfindən qorunacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »