Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Macarıstanı “dost olmayan” ölkə adlandırıb, səfir səbəbini açıqlayıb
Rusiya Macarıstanı “dost olmayan” ölkə adlandırıb, səfir səbəbini açıqlayıb

Rusiya əsasən rusiyayönlü siyasət yürüdən Macarıstanı “dost olmayan” ölkələr siyahısına daxil etdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Rusiya Federasiyasının Budapeştdəki səfiri Yevgeni Stanislavov bildirib ki, buna səbəb ölkənin Ukraynaya müdaxiləsinə görə Avropa Birliyinin Kremlə qarşı sanksiyalarına imza atmasıdır.

Rusiyalı diplomat bildirib ki, Macarıstan “praqmatik mövqe” tutub, lakin Avropanın Rusiya Federasiyasına qarşı sanksiyalarına əməl etməlidir.

Stanislavovun sözlərinə görə, bu yolla Rusiya Budapeştə “cavab tədbirləri” tətbiq edə bilər.

Eyni zamanda o, əlavə edib ki, Rusiyanın "Macarıstanla konstruktiv əməkdaşlığa can atdığını", lakin anti-Rusiya sanksiyalarının "ölkələr arasında əməkdaşlığa mənfi təsir göstərdiyini" bildirib.

Qeyd edək ki, Macarıstan Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə Rusiyaya qarşı daim yeni sanksiyaların tətbiqinə mane olur. Belə ki, martın əvvəlində PAP qəzeti yazıb ki, Budapeşt Rusiya Rosatomuna qarşı iqtisadi məhdudiyyətləri dəstəkləmir.

2023-cü ilin fevral ayının sonunda isə ölkənin xarici işlər naziri Peter Szijyarto bildirib ki, Macarıstan Rusiyaya qarşı 10-cu sanksiyalar paketinin qəbul edilməsinin əleyhinədir. O, bu mövqeyi onunla əsaslandırıb ki, artıq qəbul edilmiş məhdudiyyətlər guya Avropanı çıxılmaz vəziyyətə salır.

Bundan əlavə, Macarıstan əvvəllər Aİ-nin Ukraynaya yardımının növbəti tranşını - Avropa Sülh Fondundan 500 milyon avronu bloklayıb. Lakin onun razılığı olmadan da pulu ayıra biliblər. Macarıstan həmçinin Ukraynaya silah tədarükü üçün öz ərazisindən tranzit keçməkdən imtina edib , Silahlı Qüvvələr üçün 1 milyon döyüş sursatı alınmasında iştirak etmək istəməyib və Aİ-nin Vladimir Putinin həbsi üçün beynəlxalq orderin verilməsi ilə bağlı birgə bəyanatını bloklayıb.

Eyni zamanda, Sijarto daha əvvəl bəyan edib ki, ölkəsinin Ukraynada sülh çağırışları Rusiyanın hazırda işğal olunmuş əraziləri saxlaması ilə bağlı razılaşma demək deyil. O vurğulayıb ki, atəşkəs dərhal baş tutmalıdır.

Və Putinin dostu adlandırılan Macarıstanın baş naziri Viktor Orban hətta etiraf edib ki, ölkə işğalçı dövlətlə yaxın münasibətlərinə yenidən baxmalı ola bilər. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra geosiyasi reallıqların dəyişməsidir.

Onu da əlavə edək ki, dəfələrlə Ukrayna əleyhinə bəyanatlar verən Macarıstanın baş naziri Orban deyib ki, NATO şərqə doğru genişlənmədən əvvəl “on min dəfə düşünməlidir”. Siyasətçi Ukraynanın bloka daxil ola biləcəyi ehtimalını belə şərh edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »