Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada ABŞ jurnalisti casusluqda ittiham edilərək saxlanılıb
Rusiyada ABŞ jurnalisti casusluqda ittiham edilərək saxlanılıb

“The Wall Street Journal” qəzetinin Moskva bürosunun müxbiri Evan Herşkoviç Yekaterinburqda (Rusiya) saxlanılıb. Təhlükəsizlik qüvvələri onun "Birləşmiş Ştatların adından casusluq etdiyi" və Rusiya hərbi sənayesinin müəssisələrindən biri haqqında məlumat topladığına inanır.

Bizimyol.info xəbər verir ki, Rusiya mediası mülki geyimli şəxslərin martın 29-da şəhərin mərkəzində Bukowski Grill restoranının qarşısında və başına torba keçirilərək saxla saxlanıldığını yazıb. Daha sonra isə jurnalistin “məxfi məlumatları əldə etməyə çalışarkən” tutulduğu xəbəri yayılıb.

Sverdlovsk vilayətinin qubernatorunun administrasiyasının qeyri-rəsmi Telegram kanalı The Wall Street Journal-ın əməkdaşının saxlanıldığını təsdiqləyib.

"Vəziyyət çox ağırdır", - deyə o, mesajında bildirib.

Məlumat üçün bildirək ki, Rusiya Federasiyası FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi əməliyyatın onun əməkdaşları tərəfindən həyata keçirildiyini etiraf edib. Xüsusi xidmət əlavə edib ki, Herşkoviçə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Evan Herşkoviç rus köklü amerikalıdır, altı il Rusiyada işləyib. O, saxlanılmazdan əvvəl “Vaqner” özəl hərbi şirkəti haqqında material hazırlayırmış və bu məqsədlə xüsusi olaraq Yekaterinburqa gəlib.

Onun bir gündən artıq müddətdə həmkarları ilə əlaqə saxlamaması səs-küyə səbəb olub. Sonda onun FSB-nin əlində olduğu məlum olub.

Bundan əvvəl Herşkoviç Agence France-Presse, The Moscow Times və The New York Times qəzetlərində çalışıb.

Onu da əlavə edək ki, The Wall Street Journal-ın saytında onun müəllifliyinin son məqaləsi 28 mart 2023-cü ildə dərc olunub.

Xatırladaq ki, 28 fevral 2023-cü il tarixində məlum olub ki, Rusiyada məktəbdə müharibə əleyhinə şəkil çəkən qızın atasına qarşı iş açılıb. Həmin şəxs artıq martın 2-də saxlanılıb. Qız sığınacağa köçürülüb.

Martın 3-dən Aleksey Moskalyov ev dustaqlığına göndərilib, o, qızı ilə görüşməyə imkan tapmadan məhkəmə iclasını gözləyib. Nəticədə kişi iki il müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edilən zaman təqsirləndirilən şəxs iştirak etməyib: iclas günü o, ev dustaqlığından qaçıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »