Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkələr dollardan niyə imtina edir? – İlon Mask səbəbləri açıqladı
Ölkələr dollardan niyə imtina edir? – İlon Mask səbəbləri açıqladı

Braziliya və Çin ölkələr arasında ödənişləri asanlaşdırmaq və ikitərəfli münasibətlərdə dollar asılılığından xilas olmaq üçün qeyri-dollar hesablaşmaları, eləcə də milli valyutalarda kreditlərin verilməsini təmin edəcək klirinq mərkəzinin yaradılmasını elan ediblər.

Bizimyol.info xəbər verir ki, planetin ən varlı adamlarından biri İlon Mask məsələ ilə bağlı Twitter-də paylaşım edib və bildirib ki, ABŞ-da sərt pul siyasəti digər ölkələri dollardan imtina etməyə məcbur edir.

"ABŞ-ın siyasəti həddən artıq sərt olub, bu da ölkələri dollardan imtina etməyə məcbur edir. Həddindən artıq dövlət xərcləri ilə birləşərək, digər ölkələri bizim inflyasiyanın əhəmiyyətli hissəsini udmağa məcbur edir", - deyə biznesmen Twitter-də yazıb.

Mask bu paylaşımla maliyyə analitiki Genevieve Roch-Decter-in dolların ehtiyat valyuta statusunu itirdiyini söyləyən yazısına cavab verib.

Əlavə edək ki, ABŞ Federal Ehtiyat Sistemi inflyasiya ilə mübarizə aparmaq üçün keçən ildən bəri uçot dərəcəsini ardıcıl olaraq artırır.

Eyni zamanda, istehlak qiymətlərinin artım tempi hələ də FED-in 2%-lik hədəfindən uzaqdır. Beləliklə, fevralda ölkədə illik inflyasiya bir ay əvvəlki 6,4%-dən 6%-ə qədər azalıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »