Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“3+3 formatı Qafqazda vəziyyəti sabitləşdirməyin bir yoludur”
“3+3 formatı Qafqazda vəziyyəti sabitləşdirməyin bir yoludur”

“Tehran Cənubi Qafqazdakı münaqişəli vəziyyətlərin sülh yolu ilə həllinin tərəfdarıdır”.

Bizimyol.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda yaranmış gərgin vəziyyəti “3+3” formatı çərçivəsində nizamlamaq olar.

Məlumay üçün bildirək ki, bu format Cənubi Qafqazın üç ölkəsinin: Ermənistan, Gürcüstan və Azərbaycanın, eləcə də bu regionun üç ən yaxın qonşusunun: Rusiya, İran və Türkiyənin iştirakını nəzərdə tutur.

“Əlbəttə, biz 3+3 mexanizmi, eləcə də mövcud mexanizmlər vasitəsilə gücə əl atmadan bu regiondakı problemləri həll etməliyik”, - deyə iranlı nazir bildirib.

Abdullahiyan əmindir ki, davam edən gərginlik nə Ermənistana, nə də Azərbaycana sərf edir və sülh, sabitliyə doğru irəliləmək lazımdır.

O, həmçinin regional proseslərə xarici müdaxilənin əleyhinə çıxış edib.

Eyni zamanda, İranın xarici işlər naziri Tehranda formatlı görüşün keçirilməsini təklif edib.

Xatırladaq ki, “3+2” formatında ilk və indiyədək sonuncu görüş (Gürcüstan hələ də platformanın işində iştirakdan imtina edir – red.) 2021-ci ilin dekabrında Moskvada keçirilib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »