Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Media: Netanyahu ABŞ-dakı tərəfdarlarının dəstəyini itirir
Media: Netanyahu ABŞ-dakı tərəfdarlarının dəstəyini itirir

Diffamasiya ilə Mübarizə Liqası, Amerika Yəhudi Komitəsi və Şimali Amerika Yəhudi Federasiyaları, eləcə də bəzi ekspertlər İsrail baş nazirinin siyasətini tənqid ediblər.

Bizimyol.info xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarının qəbuluna etirazlar fonunda ABŞ-dakı tərəfdarlarının dəstəyini itirir. “Financial Times” qəzeti yazır ki, onların fikrincə, İsrail daha az demokratik ölkəyə çevrilir.

“Benyamin Netanyahunun İsrailin məhkəmə sistemini əsaslı şəkildə dəyişdirmək cəhdi onun ABŞ-dakı ən sadiq tərəfdarları arasında əks reaksiyaya səbəb olub, onilliklər ərzində onun təhlükəsizlik strategiyasının mərkəzində olan dəstəyi azaldıb”, - deyə nəşr yazır.

Nəşrin yazdığına görə, Netanyahunun tənqidi təkcə məhkəmə islahatları ilə bağlı deyil, həm də “sağçı” və “ultra-pravoslav” fikirlərə əsaslanan hökumətin formalaşdırılması ilə bağlıdır, Amerika yəhudiləri isə özlərini liberal kimi tanıyaraq, demokratiyaya səs verirlər.

Məlumata görə, Netanyahu Antidiffamasiya Liqası, Amerika Yəhudi Komitəsi və Şimali Amerika Yəhudi Federasiyaları kimi yəhudi təşkilatları, eləcə də bəzi ekspertlər tərəfindən tənqid edilib.

Xüsusilə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramının direktoru Con Alterman hesab edir ki, “Amerika yəhudi icmasının əksəriyyətinin Netanyahunun siyasətinə dərin şübhələri var”.

"Amerika yəhudi icması (siyasi baxımdan - red.) sola, İsrail yəhudi dövləti sağa doğru hərəkət etməyə meyllidir", - deyə Alterman bildirib.

Xatırladaq ki, artıq üç aydır ki, İsraildə məhkəmə sistemində islahatlara qarşı kütləvi etirazlar keçirilir.

Təklif olunan qanunlar paketi Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıracaq və hakimlərin təyinatı üzərində hökumət nəzarət edəcək.

Onu da əlavə edək ki, martın 27-də baş nazir Benyamin Netanyahu və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir məhkəmə islahatları haqqında qanunun qəbulunu parlamentin yay sessiyasına qədər təxirə salmaq barədə razılığa gəliblər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »