Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Aİ-nin Ermənistandakı missiyası yüksək gözləntilər istəmir” - Arutyunov
“Aİ-nin Ermənistandakı missiyası yüksək gözləntilər istəmir” - Arutyunov

“Aİ-nin Ermənistandakı missiyasının təsir rıçaqları çox məhduddur və onlar bunu gizlətmirlər”.

Bizimyol.info xəbər verir ki, bunu Sputnik Ermənistan-a missiya rəhbəri Markus Ritterin bəyanatını şərh edən politoloq və müdafiə siyasəti sahəsində ekspert David Arutyunov deyib.

Onun sözlərinə görə, onlara Azərbaycan ərazisinə giriş qadağan edilib, ona görə də, məsələn, növbəti hücuma hazırlıq zamanı qoşunların hərəkətini aşkar edə bilmirlər.

Arutyunovun fikrincə, Ritterin bəyanatı situasiyaya real təsir imkanlarının məhdud olmasından və ümumiyyətlə, nəyəsə zəmanət vermək imkanından bəhs edir.

"Əvvəldən aydın idi ki, missiya daha çox monitorinq xarakteri daşıyır və onun real praktik mexanizmləri yoxdur. Məncə, missiyanı göndərməklə Aİ üç məqsəd güdürdü - Rusiya ilə rəqabət, axır ki, bir növ Azərbaycanı cilovlamaq və sərhəd zonasındakı vəziyyətlə bağlı müstəqil məlumat mənbəyinə malik olmağa çalışmaq”, - deyə Arutyunov bildirib.

Politoloqun fikrincə, missiyanın Ermənistana müəyyən təminat verdiyini söyləmək, yanlışdır.

“Digər məsələ ibarətdir ki, İrəvanda bəzi insanlar, o cümlədən hökumət rəsmiləri missiyadan əsassız olaraq yüksək gözləntilər bəsləyirdilər.

Söhbət müşahidəçilər missiyasından yox, Ermənistandakı hərbi mövcudluqdan getsəydi, avropalılar bu məsələni belə gündəmə gətirməsələr də, yenə də resurslar məsələsi gündəmə gələrdi. Hazırda Aİ-nin regionda effektiv hərbi mövcudluq imkanları yoxdur”, - deyə Arutyunov qeyd edib.

Arutyunov fikrincə, mümkündür ki, Ritterin sözləri missiyanın imkanlarının daha obyektiv qiymətləndirilməsini təmin etmək məqsədi daşıyır: “O, açıq şəkildə deyir ki, onların Bakını effektiv şəkildə cilovlamaq üçün mexanizmləri və imkanları yoxdur”.

Məlumat üçün bildirək ki, bundan əvvəl Ritter “Deutsche Welle”yə (Rusiyada xarici agent kimi tanınır – red.) müsahibəsində missiyanın fəaliyyətindən danışarkən qeyd etmişdi ki, “onlar müdaxilə edə bilməzlər, onların ixtiyarında yalnız durbin və kameralar var”. Onun sözlərinə görə, onlara Azərbaycan ərazisinə giriş qadağan edilib, ona görə də, qoşunların hərəkətini aşkar edə bilmirlər.

Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası məskunlaşıb. Və Aİ missiyası mülki elan edilsə də, onun tərkibində 50 nəfər silahlı jandarmdır. Missiyanın məqsədi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »