Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taliban Əfqanıstanda tiryəklə mübarizə kampaniyasına başlayıb
Taliban Əfqanıstanda tiryəklə mübarizə kampaniyasına başlayıb

"Əfqanıstanın qərbində yerləşən Herat əyalətinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları xaşxaş əkinə qarşı kampaniyaya başlayıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı Əfqanıstanın "TOLO news" telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

“Əməliyyatımız davam edir, müxtəlif ərazilərdə yüzlərlə hektar ərazi xaşxaşdan təmizlənib", - Herat Narkotiklərlə Mübarizə İdarəsinin rəhbəri Həyatullah Ruhani telekanala açıqlama verərkən qeyd edib.

"TOLO news" xəbər verir ki, xaşxaş sahələrinin məhv edilməsi kampaniyası məhsul yığımı mövsümünün başlamasına az qalmış başlayıb. Qeyd olunur ki, narkotiklərlə mübarizə idarəsinin əməkdaşlarını xüsusi təyinatlılar müşayiət edir.

Telekanalın məlumatına görə, Herat əyalətinin fermerləri Əfqanıstanın radikal Taliban hərəkatı tərəfindən yaradılmış müvəqqəti hökuməti onlara alternativ məhsul yetişdirməkdə kömək etməyə çağırıblar.

Əfqanıstanın qərbindəki Qor və Badqis, eləcə də ölkənin cənub-qərbindəki Nimroz əyalətlərində də xaşxaşın məhv edilməsi əməliyyatları aparılır.

Baxmayaraq ki, 2022-ci il aprelin 3-də “Taliban” hərəkatının ali lideri Heybətullah Axundzadə öz fərmanı ilə Əfqanıstanda tiryək bitkisinin becərilməsini, bütün növ narkotik vasitələrin istifadəsini və daşınmasını, habelə onların ticarətini, istehsalını qadağan edib. Aparılan bütün əks tədbirlərə baxmayaraq ölkədə narkotik maddələrin isyehsal həcmi və istehsalçıların sayı artmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) noyabrın 1-də açıqladığı məlumatlara görə, Əfqanıstanda tiryək istehsalı 2021-ci illə müqayisədə 32% artıb. UNODC-nin hesabatında qeyd olunur ki, Əfqanıstan dünyanın tiryəkə olan tələbatının 80%-ni ödəyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »