Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pekin ABŞ-a xəbərdarlıq edib: Çinə qarşı təxribatlara son qoyulmalıdır
Pekin ABŞ-a xəbərdarlıq edib: Çinə qarşı təxribatlara son qoyulmalıdır

"ABŞ hərbçiləri Cənubi Çin dənizində Çinə qarşı təxribata son qoymalıdırlar, əks halda baş verə biləcək bütün insidentlərə görə məsuliyyət daşıyacaqlar".

Bizimyol.info xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei cümə axşamı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin Cənubi Çin dənizində Çinin nəzarətində olan Parasel adaları yaxınlığından keçməsini belə şərh edib.

"Biz Birləşmiş Ştatlardan bu cür təxribatları dərhal dayandırmağı qətiyyətlə tələb edirik, əks halda onlar törətdikləri insident nəticəsində bütün ağır nəticələrə görə tam məsuliyyət daşıyacaqlar", - deyə nazirliyin sözçüsü Tan Kefei müdafiə nazirinin "WeChat"da verdiyi bəyanatdan sitat gətirir.

"Çin Xalq Azadlıq Ordusu milli suverenlik və təhlükəsizliyi qorumaq üçün bütün lazımi tədbirləri görəcək, Cənubi Çin dənizində sülh və sabitliyi qətiyyətlə qoruyacaq", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »